Ukrayna DİN: Sarkisyan Maydanda insanların qətlini təşkil edib

© Sputnik / Andrey Stenin / Mediabanka keçidMaydan hərəkatı
Maydan hərəkatı - Sputnik Azərbaycan
Abunə olmaq
Avromaydana hücum edərək insanları öldürən cinayətkar qruplaşmanın təşkilatçılarından biri olan Sarkisyan Fransada saxlanılıb

BAKI, 13 aprel — Sputnik. Ukrayna hökumətinin Azadlıq Meydanında (Maydan Nezalejnosti) baş verən qətliamı törətməkdə ittiham etdiyi Ermənistan vətəndaşı Armen Sarkisyan Fransada saxlanılıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə "Ukrainskaya pravda" qəzetinə ölkənin daxili işlər naziri Arsen Avakov məlumat verib.

Вид на районы Подол и Троещину в Киеве - Sputnik Azərbaycan
Ukrayna paytaxtında partlayış törədilib

Avakov qeyd edib ki, onun idarəsi Sarkisyanın saxlanıldığı barədə rəsmi təsdiq alıb. Onun sözlərinə görə, erməni cani yolda sənədlərinin yoxlanması zamanı saxlanılıb.

Onunla bağlı bütün məhkəmə öhdəliklərinin yerinə yetirilməsi üçün 19 may tarixinə qədər vaxt qoyulub. Bu müddət ərzində Ukrayna Baş Prokurorluğu onun Ukraynaya ekstradisiyası üçün lazım olan sənədləri Fransaya göndərməlidir.

Ukrayna daxili işlər naziri həmçinin qeyd edib ki, ukraynalı müstəntiqlər Sarkisyanı Avromaydana hücum edərək insanları öldürən cinayətkar qruplaşmanın təşkilatçılarından biri hesab edir.

"Fransalı həmkarlarımız bizim sorğumuz əsasında Sarkisyanı saxlayıblar. Doğrudur, Sarkisyan Ermənistan vətəndaşıdır, amma onun Ukrayna pasportu da var və o, bu pasportu erməni pasportundan qabaq alıb" – deyə Avakov bildirib.

Arsen Avakov - Sputnik Azərbaycan
"Avakov erası" başa çatır

O, həmçinin xatırladıb ki, Sarkisyanla bağlı digər cinayət epizodları da var. Ermənistanın hazırkı prezidentini adaşı partlayışlar və digər cinayətləri törətməkdə də günahlandırılır.

2015-ci ilin fevralında Avromaydan fəalları ilə mübarizə aparmaq üçün öyrədilmiş şəxslərə başçılıq edən cinayətkar qruplaşmaların rəhbərlərinin şəxsiyyəti müəyyən olunub. Onların arasında təxribatçı qruplaşmaları koordinasiya edən Armen Sarkisyan da olub. Sarkisyan sabiq xalq deputatı Yuri İvanyuşenkonun yaxın adamı hesab edilir.

Maydandan sonra Sarkisyan Ukraynadan qaçıb və Rusiyada gizlənib.

Xəbər lenti
0