19:26 19 Avqust 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.8856
İlham Əliyev

İlham Əliyevin namizədliyi qeydə alındı

© Official website of President of Azerbaijan Republic
SİYASƏT
Qısa URL
28 0 0

Namizədin müadifəsi üçün 125 seçki dairəsi üzrə seçici imzası toplanılıb

BAKI, 27 fevral — Sputnik. Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən prezidentliyə namizədliyi irəli sürülən İlham Heydər oğlu Əliyevin namizədliyinin qeydə alınması məsələsinə baxılıb.

Sputnik Azərbaycan xəbər verir ki, MSK sədri Məzahir Pənahov İlham Əliyevin səlahiyyətli nümayəndələrinə 45 min imza vərəqi verildiyini bildirib: “Onlar seçici imzalarını Mərkəzi Seçki Seçki Komissiyasına fevralın 22-də təqdim ediblər. İmzalar MSK-dakı İşçi Qrup tərəfindən yoxlanılıb”.

Azərbaycan prezidenti İlham Əliyev Respublika Günü münasibətilə keçirilən rəsmi qəbulda
© Official website of President of Azerbaijan Republic

MSK üzvü, İşçi Qrupunun rəhbəri Etibar Quliyev deyib ki, seçici sənədləri kifayət qədər yüksək səviyyədə hazırlanıb: “Bu da təcrübədən xəbər verir. Burada heç bir pozuntu olmayıb. Namizədin müadifəsi üçün 125 seçki dairəsi üzrə seçici imzası toplanılıb. MSK-da 42 min imza yoxlanılıb, bu da namizədin qeydə alınmasına əsas verir. Ona görə də imzaların yoxlanılması dayandırılıb. Etibarsız seçici imzalarının sayı sıfırdır”.

Məsələ səsverməyə çıxarılıb. Səsvermə ilə İlham Əliyevin prezidentliyə namizədliyi qeydə alınıb.

Xatırladaq ki, Yeni Azərbaycan Partiyasının 2018-ci il fevralın 8-də VI Qurultayı keçirilib. Qurultayda 2018-ci il aprelin 11-də keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyasının sədri, Azərbaycan Prezidenti İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edilib. Fevralın 14-də Mərkəzi Seçki Komissiyasının iclasında 2018-ci il aprelin 11-nə təyin edilən Azərbaycan Respublikası prezidentinin seçkilərində namizədliyi YAP tərəfindən irəli sürülən İlham Əliyevin namizədliyinin irəli sürülməsi təsdiq edilib.

Əlaqədar

Prezident seçkiləri ilə bağlı bəzi prosedurlar başa çatır
Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı sərt xəbərdarlıq
Azərbaycanda prezident seçkiləri: Şərtlər, qaydalar və namizədlər qarşısında tələblər
"Prezident seçkilərindən sonra ciddi addımlar atıla bilər"
Prezident seçkiləri ilə bağlı fəaliyyət proqramı açıqlandı
Teqlər:
qeydə alma, namizədlik, Mərkəzi Seçki Komissiyası, İlham Əliyev, təsdiq

Əsas mövzular