04:41 19 Avqust 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0257
  • EUR1.8876
AŞPA sessiyası

AŞPA-nın sessiyası başlayır, mühüm qərarlar qəbul olunacaq

© Sputnik / Vladimir Fedorenko
SİYASƏT
Qısa URL
16 0 0

Sessiya 5 gün davam edəcək, bu müddətdə AŞPA-nın yeni prezidenti seçiləcək

BAKI, 9 oktyabr — Sputnik. Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyası öz işinə başlayır. Sputnik Azərbaycan xəbər verir ki, Milli Məclisin (MM) Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun başçılığı ilə, MM-in AŞPA-dakı nümayəndə heyətinin üzvləri də sessiyada iştirak edəcəklər.

Sessiya 5 gün davam edəcək. Öncə təşkilati məsələlərə baxılacaq. AŞPA-nın yeni prezidenti seçiləcək.

Bundan başqa, AŞPA-nın plenar iclaslarında Büro və Daimi komitənin inkişafına dair məruzə təqdim olunacaq. Albaniyada parlament seçkilərinin nəticəsi müzakirə ediləcək. "İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının 2016-2017-ci illərdəki fəaliyyəti", "Azərbaycanda demokratik təsisatların fəaliyyəti", "Azərbaycanın Avropa Şurasına sədrliyi dövründə insan haqlarına hörmət sahəsində atılan addımlar", "Gənclər korrupsiya əleyhinə" mövzularında məruzələr dinləniləcək və müzakirələr aparılacaq. İclaslarda Çexiya və Ukraynanın prezidentləri, AŞ Nazirlər Komitəsinin sədri çıxış edəcəklər.

Sessiyada "İŞİD tərəfindən həyata keçirilmiş insanlıq əleyhinə cinayətlərin, yaxud mümkün soyqırımlarının təhqiqatı və cəzalandırılması" məsələsi də müzakirə olunacaq.

Qeyd edək ki, AŞPA-nın prezidenti Pedro Aqramunt oktyabrın 6-da istefa verib.

Əlaqədar

AŞPA-nın qərarına Türkiyədən sərt reaksiya
Azərbaycanda AŞPA Komitəsinin iclası keçirilir
AŞPA-nın Azərbaycan üzrə məruzəçisi Baş Prokurorluqda olub
İlham Əliyev Brüsseldə AŞPA-nın sabiq prezidenti ilə görüşüb
AŞPA həmməruzəçiləri Bakıya gəliblər
Teqlər:
payız sessiyası, Avropa Şurası, AŞPA, Azərbaycan, müzakirə

Əsas mövzular