BAKI, 6 oktyabr — Sputnik. Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Pedro Aqramunt istefa verib.
Sputnik Azərbaycan xəbər verir ki, P.Aqramunt postunu şəxsi səbəblərə görə tərk etdiyini açıqlayıb.
"Bu gün şəxsi səbəblərə görə AŞPA prezidenti vəzifəsini tərk etmək qərarına gəldim" — o, "Twitter" səhifəsində yazıb.
Qeyd edək ki, oktyabrın 16-da AŞPA Aqramuntun istefaya göndərilməsi barədə səsvermə təyin olunmuşdu. Parlamentarilər onu vəzifəsindən sui-istifadədə ittiham edirlər. Misal üçün, o Suriya prezidenti Bəşər Əsədlə görüşə Rusiyanın hökumət təyyarəsində uçub.