SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycan Prezidentinin Ankaraya səfəri başladı

© AFP 2023 / OZAN KOSEAzərbaycan prezidenti İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan
Azərbaycan prezidenti İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan - Sputnik Azərbaycan
Abunə olmaq
Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan prezidentinin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü olacaq. Bunun ardınca isə Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının V iclası keçiriləcək.

BAKI, 15 mart — Sputnik. Azərbaycan prezidenti İlham Əliyevin Ankaraya səfəri başlayıb. APA-nın məlumatına görə, Azərbaycan prezidentinin rəsmi qarşılanma mərasimi olub.

İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan - Sputnik Azərbaycan
TƏHLİL
İkinci Ankara terroru: Ərdoğanın Bakıya yolunu niyə kəsdilər?

Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan prezidentinin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü olacaq. Bunun ardınca isə Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının V iclası keçiriləcək.

Qeyd edək ki, Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasının Ankarada keçirilməsi təşəbbüsü Azərbaycan prezidentindən gəlib. "Anadolu" agentliyinin Türkiyə Prezident Administrasiyasındakı mənbəyə istinadən verdiyi məlumata görə, Ərdoğan bu jestə və terrorla mübarizədəki həmrəyliyə görə Azərbaycan prezidentinə təşəkkür edib.

Xəbər lenti
0