03:17 17 Sentyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.8825
Президент Ильхам Алиев на первом заседании Милли Меджлиса (парламента) пятого созыва

Azərbaycan ABŞ siyasi elitasını ölkəyə buraxmaya bilər

SİYASƏT
Qısa URL
Amerikaya Azərbaycanın cavabı (8)
23612

Deputat Rövşən Rzayev Milli Məclisə "ABŞ-da insan hüquqlarının vəziyyəti haqqında" qanun layihəsi təqdim edib.

BAKI, 23 dek-Sputnik. Azərbaycan Milli Məclisinə "ABŞ-da insan hüquqlarının vəziyyəti haqqında" qanun layihəsi təqdim olunub.

Sputnik-in məlumatına görə, qanun layihəsinin müəllifi Azərbaycan Respublikası Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini, "Azərbaycan Respublikasının Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin İdarə Heyətinin üzvü Rövşən Rzayevdir.

Rövşən Rzayev bu layihəni ABŞ-ın Helsinki Komissiyasının sədri, konqresmen Kris Smitin Konqresə təqdim etdiyi "Azərbaycan Demokratiya aktı" adlı layihəyə alternativ olaraq hazırlayıb.


Layihədə bildirilir ki, müstəqillik illərində Azərbaycan bir sıra ölkələrin, xüsusən də ABŞ-ın müxtəlif qurumlarının ayrı-ayrı vaxtlarda nümayiş etdirdiyi ikili standartlarla üz-üzə qalıb: "Bu qurumlar müstəqil siyasət yürüdən digər dövlətlər kimi, Azərbaycanı da öz təsiri altında saxlamağa, müxtəlif üsullarla onun daxili və xarici siyasətinə müdaxilə etməyə cəhd göstərir. Belə üsullardan biri də insan hüquqları və demokratiya kimi məsələlərdə qərəzli və birtərəfli mövqe tutaraq, ölkəni daim təzyiq altında saxlamaqdır". 

Azərbaycanın Beynəlxalq Təhlükəsizliyə Yardım Proqramı (İSAF) çərçivəsində Əfqanıstandakı əməliyyatlarda iştirakının dayandırılması, ABŞ-ın hərbi və digər təyinatlı yüklərinin Azərbaycan üzərindən daşınması və bu məqsədlə yerli infrastrukturdan istifadə edilməsi qadağan olunması, ABŞ-ın ATƏT-in Minsk Qrupunun həmsədrliyindən geri çağırılması ilə bağlı müvafiq prosedurlara başlanılması layihədə əksini tapıb.

Sənəddə qeyd olunur ki, mütəmadi olaraq dünyada insan hüquqlarının vəziyyəti ilə bağlı hesabatlar hazırlayan ABŞ-ın özü hər vəchlə insan hüquqları ilə bağlı əsas beynəlxalq müqavilələrə qoşulmaqdan yayınır: "ABŞ indiyə qədər BMT-nin insan haqlarına dair 14 əsas sənədindən yalnız 4-nü ratifikasiya edib. ABŞ hazırda "Uşaq hüquqlarına dair" Konvensiyaya qoşulmayan iki dövlətdən (ABŞ və Somali) biridir".

Layihədə bildirilir ki, son illər ABŞ-da irqi və dini zəmində ayrı-seçkilik, ksenofobiya və islamafobiya təzahürləri xeyli güclənib, cəmiyyət üzərində total nəzarət sistemi bərqərar olub, şəxsi həyata müdaxilə, ifadə və mətbuat azadlığının məhdudlaşdırılması halları artıb: "Leqal korrupsiya və lobbiçilik ABŞ siyasi sisteminin əsas atributlarından birinə çevrilib. ABŞ daxilində cərəyan edən neqativ proseslər, habelə dünya hegemonluğu iddiası Azərbaycanı bu ölkə ilə əməkdaşlığa və illər ərzində formalaşmış ikitərəfli münasibətlərə yenidən baxmağa sövq edir".

Sənəddə ABŞ-dakı irqi və dini ayrı-seçkilik, cəmiyyət üzərində total nəzarət sisteminin qurulması, söz və mətbuat azadlığının məhdudlaşdırılması, korrupsiya, seçki saxtakarlığı, beynəlxalq hüququn norma və prinsiplərinin pozulması ilə bağlı müddəalar əksini tapıb.

  

Layihədə Xarici İşlər Nazirliyinə ABŞ hökumətində təmsil olunan şəxslər və onların ailə üzvlərinə, Konqresdə Azərbaycanın diskreditasiyası istiqamətində ardıcıl iş aparan konqresmenlər, senatorlar və onların ailə üzvlərinə, erməni diaspor təşkilatları və lobbi qrupları ilə əməkdaşlıq edən vəzifəli şəxslər, siyasətçilərə, həmçinin Azərbaycana qarşı iftira və qarayaxma kampaniyası aparan KİV rəhbərləri, QHT təmsilçiləri və ekspertlərə viza verilməsindən imtina olunması tövsiyə edilib.

Eyni zamanda ABŞ-ın yüksək rəhbərliyi ilə işbirliyi sahəsində böyük həcmdə maliyyə vəsaiti əldə edən şəxslər, bu ölkədə erməni diasporu və lobbi qruplarının dəstəyi ilə seçkili orqanlara seçilənlər, seçki saxtakarlığında iştirak edənlər, seçki qanunvericiliyinin təkmilləşdirilməsinə və ABŞ-ın insan hüquqlarına dair beynəlxalq müqavilələrə qoşulmasına qarşı çıxanlara da bu sanksiyanın şamil olunması nəzərdə tutulur.

Lahiyədə Nazirlər Kabinetinə Azərbaycanın dövlət qurumları ilə ABŞ şirkətləri arasındakı bütün əlaqələrin dayandırılması məsələsinə baxmaq, özəl sektorun təmsilçilərinə isə ABŞ şirkətləri ilə bağlanmış müqavilələrə son qoyub, yeni ticari-iqtisadi əlaqələrin yaradılmasından imtina etmək tövsiyə edilib.

Müvafiq mərkəzi icra hakimiyyəti orqanlarına isə tövsiyə olunub ki, ABŞ-da fəaliyyət göstərən QHT-lərin Azərbaycan ərazisində proqram və layihələr həyata keçirməsinə imkan verilməsin və onların bank hesabları bağlanılsın. Həmçinin ABŞ hökuməti və Konqresi tərəfindən maliyyələşdirilən QHT-lərin Azərbaycandakı filial və nümayəndəlikərinin fəaliyyətinin dayandırılması üçün zəruri tədbirlər görülməsi də tövsiyə edilib.

Qərar layihəsi ABŞ-la ticarət, energetika, hərbi və təhlükəsizlik sahəsində əməkdaşlığa son qoyulması üçün təkliflər hazırlanmasını da nəzərdə tutur.

Bundan başqa, Azərbaycanın Beynəlxalq Təhlükəsizliyə Yardım Proqramı (İSAF) çərçivəsində Əfqanıstandakı əməliyyatlarda iştirakının dayandırılması, ABŞ-ın hərbi və digər təyinatlı yüklərinin Azərbaycan üzərindən daşınması və bu məqsədlə yerli infrastrukturdan istifadə edilməsi qadağan olunması, ABŞ-ın ATƏT-in Minsk Qrupunun həmsədrliyindən geri çağırılması ilə bağlı müvafiq prosedurlara başlanılması da layihədə əksini tapıb.

Sənədin "Qeyd" hissəsində bildirilir ki, bu qərar layihəsi ilə nəzərdə tutulmuş sanksiyaların aradan qaldırılması üçün ABŞ-da insan hüquqlarının kobud şəkildə pozulmasına, irqi və dini ayrıseçkiliyə, ksenofobiya və islamofobiya təzahürlərinə, məhbuslarla qeyri-insani rəftara son qoyulması, etiraz aksiyalarının iştirakçılarına qarşı qeyri-adekvat güc tətbiqindən imtina olunması, söz və mətbuat azadlıqlarının məhdudlaşdırılması, vətəndaşların şəxsi həyatına müdaxilə hallarının qarşısının alınması, korrupsiyaya qarşı ardıcıl mübarizə aparılması, lobbiçilik praktikasından imtina edilməsi, seçki prosesində geniş yayılmış qüsurlu praktikadan imtina edilməsi, seçki saxtakarlığına son qoyulması, xarici ölkələrin daxili işlərinə kobud müdaxilə cəhdlərindən əl çəkilməsi, Azərbaycana qarşı iftira və qarayaxma kampaniyasından imtina edilməsi, bu cür halların gələcəkdə təkrarlanmasına yol verilməməsi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə münasibətdə beynəlxalq hüququn tələblərinə müvafiq birmənalı mövqe nümayiş etdirilməsi, işğalçı ölkəyə qarşı sanksiyalar tətbiq edilməsi, Dağlıq Qarabağdakı separatçı rejimlə bütün əlaqələrin kəsilməsi məsələləri həllini tapmalıdır.

Mövzu:
Amerikaya Azərbaycanın cavabı (8)

Əlaqədar

Smitin hazırladığı sənəd erməni lobbisinin başının altından çıxıb
ABŞ-dakı erməni lobbisi öz ampluasındadır
ABŞ-da Azərbaycan əleyhinə aktı yəhudi lobbisi əngəlləyə bilər
ABŞ Azərbaycanı diz çökdürmək istəyir

Əsas mövzular