Azərbaycanın "Qarabağ" və İsrailin "Aşdod" komandalarının UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsindəki Bakıda, Tofiq Bəhramov adına stadionda baş tutan görüşü qolsuz heç-heçə ilə bitdi.
Ağdam klubu qonaqların sıx müdafiəsini yara bilmədi. Bütün oyun boyu "Qarabağ" cəmi bir neçə təhlükəli məqam yaratdı, heç qonaqların qapı dirəyinə dəyən zərbələr də çox deyildi.
Matçın 83-cü dəqiqəsində komandanın kapitanı Maksim Medvedev mübahisəli qırmızı vərəqə aldı. O, əliylə israilli futbolçu Zakariyanın çiyninə toxundu, o isə dərhal qazona yıxıldı.
İsraillilər say üstünlüyündən yararlana bilmədilər və oyun qolsuz heç-heçə ilə bitdi.
Matçın ən parlaq məqamlarını Sputnik Azərbaycan-ın fotolentində izləyin.
Xatırladaq ki, UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunları gələn həftə, iyulun 28-i və 29-da baş tutacaq.