19:23 23 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0264
  • RUB0.0233
© Sputnik / Murad Orujov
Səma İmanzadə həyətdə oynamağı çox sevir.

Uşaqlar öncə son bir ilin, eləcə də günün ən aktual problemlərinə toxunaraq tövsiyələrini Cahid İsgəndərzadə, Səma İmanova, İnci İmanova pandemiyadan qorunmaq üçün əllərin tez-tez yuyulmasını, maska taxılması və sosial məsafənin qorunmasının vacibliyindən danışıblar

Bu gün 1 iyun Uşaq Hüquqlarının Beynəlxalq Müdafiəsi Günüdür.

Sputnik Azərbaycan-ın budəfəki qonaqları jurnalistlərin, daha dəqiq desək Sputnik Azərbaycan-ın yaradıcı heyətinin  övladları olub. Jurnalistlər bu dəfə balaca qonaqlara - günün qəhrəmanlarına suallarını ünvanlayıblar.

5-10 yaşlı tədbir iştirakçıları arasında - İnci İmanzadə, Səma İmanzadə, Cahid İsgəndərzadə, Daniyal Mustafayev, David Orucov, Emil Orucov, Alsu Orucəliyeva, Nail Orucəliyev və Emir Cavadov qonaq qismində yer alaraq jurnalistlərin suallarını cavablandırıblar. Onlar pandemiya, COVID-19-dan necə qorunmaq olar, ausdə vaxtını necə daha gözəl dəyərləndirmək olar, kimi bu və digər maraqlı sualları cavablandırıblar.

Uşaqlar öncə son bir ilin, eləcə də günün ən aktual problemlərinə toxunaraq tövsiyələrini Cahid İsgəndərzadə, Səma İmanova, İnci İmanova pandemiyadan qorunmaq üçün əllərin tez-tez yuyulmasını, maska taxılması və sosial məsafənin qorunmasının vacibliyindən danışıblar.

Uşaqlar həmçinin asudə vaxtı daha gözəl dəyərləndirmək üçün məsləhətlərini də açıqlayıblar. Onlar deyir ki, kitab oxumaq, yaxud da valideynlərinin onlar üçün oxuduqları kitabı dinləməkdən böyük zövq alırlar. İnci İmanzadənin ən sevimlisi kitabı "Haydi"dir. İnci deyir ki, o bu kitabdan çox şey öyrənib. Qonağımız digər uşaqlara da bu kitabı oxumağı tövsiyə edir.

Oğlanların isə oyun maraqları kitab maraqlarına daha üstün gəlir. Nail Orucəliyev, Emir Cavadov, David Orucov oyunlara olan maraqlarından danışıblar.

Emil Orucov isə özünün qəhrəmanlarından danışıb. O deyir ki, ən sevimli qəhrəmanı "Ben10"dir.

Alsu Orucəliyeva, Daniyal Mustafayev isə özlərinin maraqlarından danışıblar. Daniyal Mustafayevin hobbilərndən biri də bloqqerlikdir. O bununla yaşıdları arasında həm fərqlənir, həm də onlar tərəfindən də böyük maraq və sevgi ilə qarşılanır.

Azyaşlılar arasında distant təhsildən narazı qalanlar da var. İnci İmanzadə də dərslərin distant keçirilməsindən məmnun deyil. O dərslərin əyani keçirilməsinin tərəfdarıdır.

Azyaşlılar həmçinin gələcəklə bağlı arzularını da açıqlayıblar. İnci İmanzadə deyir ki, ən böyük aruzusu böyüyəndə villa almaqdır. Cahid İsgəndərzadənin ən böyük arzusu isə həkim olmaqdadır.

Beynəlxalq Uşaqlar Günü

Uşaqların Beynəlxalq Müdafiəsi Günü — 1 iyun 1950-ci ildə aylin BMT Baş Assambleyası tərəfindən qeyd olunması qərara alınıb. Həmin gün təşkil olunan "Qadınların Beynəlxalq Konfransı"nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib. Bundan sonra iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir.

Həmçinin oxuyun:

Danışır uşaqlar! – Atatürkün şəkillərini sevirəm, top oğlanlar üçündür, villa alacam

1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir

Digər fotolentlər

Əsas mövzular