Сьемка, фото из архива - Sputnik Azərbaycan, 1920
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir

Abunə olmaq
Bu gün Sputnik Azərbaycan Multimedia Mətbuat mərkəzinin qonaqları uşaqlar olublar. Ətraflı videomuzda.

 Sputnik Azərbaycanın budəfəki qonaqları redaksiyanın yaradıcı heyətinin övladları olublar. Balacalar üçün mətbuat konfransı təşkil olunub. Jurnalistlər onlara müxtəlif suallar ünvanlayıblar.

Tədbir iştirakçıları arasında - Cahid İsgəndərzadə, Emil Orucov, İnci İmanzadə, Səma İmanzadə, Daniyal Mustafayev, David Orucov, Alsu Orucəliyeva, Nail Orucəliyev və Emir Cavadov qonaq qismində iştirak ediblər. Uşaqlar ən aktual problemlərlə bağlı sualları cavablandırıblar.

Onlar əllərin tez-tez yuyulması, maskadan istifadə olunması, sosial məsafənin saxlanmasının vacibliyini dilə gətiriblər.

Cahid İsgəndərzadə müsahibəsində bildirib ki, onun ən sevdiyi kitablar Atatürkə aid kitablardır.

Həmçinin oxuyun:

Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar balacalar üçün yemək müsabiqə başlayır

Xəbər lenti
0