05:16 25 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0695
© Sputnik / Aleksey Kudenko
Ağdam şəhərinin dağıdılmış hissəsinə quş uçuşundan mənzərə

Azərbaycanın bir zamanlar çiçəklənən şəhəri olan Ağdam 27 illik işğaldan sonra ruhlar şəhərinə bənzəyir. Sizə dağıdılmış, ot-ələf bürümüş Ağdamın quş uçuşundan görüntülərini təqdim edirik.

İspan nəşrlərindən biri Ağdamdan bəhs edərkən onu Qafqazın Xirosiması adlandırmışdı. Zənnimizcə, bu, işğaldan əvvəl Azərbaycanın ən gözəl, inkişaf etmiş şəhəri olan Ağdamın indiki halını çox düzgün təsvir edən bir bənzətmədir.

Birinci Qarabağ müharibəsində Ağdamda şiddətli döyüşlər gedib. Bir çox binalar ermənilərin artilleriya atəşləri nəticəsində dağılıb. 27 illik işğal zamanı şəhərdə daş üstə daş qalmayıb.

Bu il noyabrın 20-dən Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladıqları üçtərəfli bəyannaməyə görə, Ağdam Azərbaycan Respublikasının nəzarəti altındadır.  İndi dünya ictimaiyyətinin ermənilərin Ağdamın başına açdıqları müsibəti öz gözləri ilə görmək imkanı var.

Xatırladaq ki, işğala qədər Ağdam şəhərində və rayonun yüzdən çox kəndində 143 mindən çox azərbaycanlı yaşayıb.

Teqlər:
fotolent, erməni vandalizmi, tikililər, dağıntılar, Ağdam, Qarabağ

Digər fotolentlər

Əsas mövzular