11:29 26 Sentyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
© Sputnik / Murad Orujov
Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində "Qarabağ" - "Şerif" oyunu

Koronavirus pandemiyası azarkeş sevincinə əngəl ola bilməz. "Qarabağ" - "Şerif" oyunundakı maraqlı məqamları Sputnik Azərbaycan-ın fotoqrafının gözü ilə izləyin.

Bu gün Ağdamın "Qarabağ" klubu azarkeşlərinə və bütün Azərbaycana daha bir sevinc yaşatmağı bacarıb.

Sputnik Azərbaycan bildirir ki, Azərbaycan çempionu Tofiq Bəhramov adına Respublika stadionunda Moldovanın "Şerif" klubunu qəbul edib. Çempionlar Liqasının ikinci təsnifat mərhələsində tək sayda olmaqla keçirilən oyunun qalibi "Qarabağ" olub. Koronavirus pandemiyasına görə azarkeşsiz keçirilən matçlar nə qədər qəribə təsir bağışlasa da, çempionumuz adına layiq oyunla rəqibini məğlub edərək avrokubokun növbəti mərhələsinə vəsiqəni təmin edib.

"Qarabağ"ın III təsnifat mərhələsindəki rəqibi avqustun 31-də keçiriləcək püşkatmada bəlli olacaq.

Sputnik Azərbaycan isə oxucularına çempionumuza qələbə gətirən oyundan kadrları təqdim edir.

Digər fotolentlər

Əsas mövzular