17:07 22 Sentyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
© Miguel A. Lopes / POOL / AFP
Çempionlar Liqasında final həyəcanı: "Bavariya" tarixində altıncı dəfə turnirin qalibi oldu

Hans-Diter Flikin baş məşqçi olduğu kollektiv 7 ildən sonra Avropanın ən nüfuzlu klub turnirinin baş mükafatına yiyələnib. "Bavariya" daha əvvəl 1974, 1975, 1976, 2001 və 2013-cü illərdə Çempionlar Liqasını qazanıb. 

Almaniyanın "Bavariya" klubu tarixində 6-cı dəfə UEFA Çempionlar Liqasının qalibi olub. 

Münhen təmsilçisi 11-ci dəfə çıxdığı həlledici qarşılaşmada Fransa PSJ-sini məğlubiyyətə uğradıb - 1:0. Portuqaliyanın paytaxtı Lissabondakı "Da Luş" stadionunda keçirilmiş görüşdə yeganə qolu 59-cu dəqiqədə Kinqsli Koman vurub. Fransalı yarımmüdafiəçi yetirməsi olduğu klubu məyus edib. 

Bununla da Hans-Diter Flikin baş məşqçi olduğu kollektiv 7 ildən sonra Avropanın ən nüfuzlu klub turnirinin baş mükafatına yiyələnib. "Bavariya" daha əvvəl 1974, 1975, 1976, 2001 və 2013-cü illərdə Çempionlar Liqasını qazanıb. 

Oyunun ən maraqlı anlarına Sputnik Azərbaycan-ın hazırladığı fotolentdə baxa bilərsiniz.

Digər fotolentlər

Əsas mövzular