19:33 16 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
© AFP 2020 / Sean Rayford / Getty Images
Çarlstonda yaxtaçıların paradı, Cənubi Karolina, ABŞ

Sputnik Azərbaycan ötən həftə dünya agentliklərinin müxbirləri tərəfindən çəkilmiş ən parlaq və emosional fotoşəkilləri oxuculara təqdim edir

Ötən həftə bir sıra maraqlı və kədərli hadisələrlə yadda qalıb. Kəraçidə "Pakistan Hava Yolları"nın təyyarəsi qəzaya uğrayıb. 97 nəfər fəlakətin qurbanı olub. Təyyarə qəzaya uğramadan əvvəl pilotlar "mühərrikin sıradan çıxdığını" bildirməyə müvəffəq olublar.

Livanın paytaxtı Beyrutda yenidən hökumət əleyhinə mitinqlər baş qaldırıb. Polislə toqquşmaların və yaralıların olduğu bildirilir. Xatırladaq ki, bu ölkə uzun müddətdir iqtisadi və siyasi böhran içindədir.

ABŞ-da afroamerikalı Corc Floydun polis tərəfindən öldürülməsi üsyanlara səbəb olub. Minneapolis şəhərində və onun ətrafında fövqəladə vəziyyət elan edilib. Etirazçılar polis idarəsini dağıdıblar və asayiş keşikçiləri ilə toqquşmalara başlayıblar.

Keçən həftə planetimizdə nələrin yaşandığını bir daha xatırlamaq üçün dünyanın müxtəlif yerlərindən toplanan fotoşəkillərə nəzər salmağı təklif edirik.

Dünya informasiya agentliklərinin fotomüxbirləri tərəfindən fotokameranın yaddaşına köçürülmüş unudulmaz hadisələr, həmçinin emosional anlar - Sputnik Azərbaycan-ın həftəlik fotoyığmasında.

Digər fotolentlər

  • Tovuzun Dondar Quşçu və Ağdam kəndlərində erməni silahlı qüvvələrinin mülki yaşayış yerlərini atəşə tutmasının nəticəsi
    Last update: 14:19 16.07.2020
    14:19 16.07.2020

    Dörd günlük müharibənin silinməz izləri

    Yaşayış evləri yararsız hala düşsə də, bu kəndlərin sakinləri öz doğma yurdlarını tərk etmir, cəbhə xəttində Ermənistan silahlı qüvvələri ilə üz-üzə mətin dayanıblar.

    38
    11
  • Tovuzda Əzizov Əzizə məxsus ev
    Last update: 22:52 15.07.2020
    22:52 15.07.2020

    Rahat uyu, müəllim, qanın yerdə qalmayacaq

    Sputnik Azərbaycan Ermənistan silahlı qüvvələri tərəfindən Tovuz rayonu istiqamətində açılmış artilleriya atəşi nəticəsində həlak olan rayonun Ağdam kəndinin sakini Əziz Əzizovun evinin və məzarının fotolarını təqdim edir.

    626
    11
  • General-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyevin dəfn mərasimi
    Last update: 15:05 15.07.2020
    15:05 15.07.2020

    Zakir Həsənov və Nəcməddin Sadıkov şəhid generalla vida mərasimində iştirak edib

    Dövlət sərhədinin Tovuz istiqamətində gedən şiddətli döyüşlər zamanı şəhid olan general-mayor və polkovniklə vida mərasimi keçirilib.

    51
    15
  • Dondar Quşçu kəndinə
    Last update: 21:08 14.07.2020
    21:08 14.07.2020

    Tovuzda kənd sakini evsiz qaldı - FOTOLAR

    Dondar Quşçu kəndinin sakini Namiq Əliyevin evi Ermənistanın ağır artilleriya qurğularının açdığı atəş nəticəsində yaşayış üçün yararsız hala düşüb.

    140
    12

Əsas mövzular