05:03 05 Avqust 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0179
  • RUB0.0233
  • Yasamal rayonu, Şərifzadə küçəsi 33 ünvanında yerləşən yataqxanaların söküntüsünə başlanıb

© Sputnik / Murad Orujov
Yasamal rayonu, Şərifzadə küçəsi 33 ünvanında yerləşən yataqxanaların söküntüsünə başlanıb.

Paytaxtda alimlərin yaşadıqları yataqxana sökülür. Sakinlərin narazılığına isə məhəl qoyan yoxdur.

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 26 iyul — Sputnik. Yasamal rayonu, Şərifzadə küçəsi 33 ünvanında yerləşən "alimlərin yataqxanası" kimi tanınan bina sökülməyə başlanıb. Sakinlər söküntü prosesinə, xüsusilə onlara məlumat verilmədən başlayan söküntüyə etiraz edirlər.

Bina sakini Səfa Gəncəliyev Sputnik əməkdaşı ilə söhbətində bildirib ki, heç kim binanın söküləcəyi barədə onlara xəbərdarlıq etməyib: "Əvvəllər burada yataqxana olub, sonradan özəlləşdirmişik. Və 30 ilə yaxındır ki, burada yaşayırıq. İndi də bilmirik, hansı "dəstə"dir, deyirlər, "çıxın mənzillərinizdən".

"Niyə mən evimdən çıxmalıyam? Mənim ömrümün yarıdan çoxu bu evdə keçib. 2 otağı olanlara 300, bir otağı olanlara isə 250 manat verib, deyirlər, "gedin kirayədə qalın". Mən kirayə qalmaq istəmirəm. Evim var, niyə getməliyəm? Mən illərlə ev düzəltmişəm, mebel almışam. Arxa tərəfdə bina var, getməyimizi istəyirlərsə, müvəqqəti olaraq bizi oar köçürsünlər, evimiz tikiləndə yenidən qaytararlar bura. 67 yaşım var mənim, daha işləyə bilmirəm", — deyir yataqxana sakini.

Dediyinə görə, heç bir yetkili şəxs gəlib onlarla söhbət etməyib: "Yəni binanı sökəni də, yerində bina tikəcək adamı da biz tanımırıq. Bizim tanıdığımız yeganə şəxs 22 saylı Mənzil İstismar Sahəsinin müdiridir. Bina isə həmin MİS-in balansında deyil, 38 saylı MİS-in balansındadır".

S. Gəncəliyevin sözlərinə görə, binanın söküləcəyi barədə, hələ aprel döyüşləri zamanı şəhid olmuş Cabbarxan Hacıağayevin yas mərasimində söhbət düşüb: "Yasamal Rayon İcra Hakimiyyətinin başçısı gəlmişdi. Yas mərasimində dedi ki, "10 nəfər ərizə ilə müraciət edin ki, bina yarasızdır, biz də binanın sökülüb yenidən tikilməsi üçün qərar verək". Lakin binada yaşayan 92 ailədən heç kim buradan çıxmaq barədə müraciət etmədi".

Digər bina sakini Qasımov Eldar Məhərrəm oğlu da söküntüdən narazıdır: "Üç övladım hal-hazırda hərbi xidmətdədir. Oğlanlarım aprel döyüşlərində də iştirak ediblər. Mən 3 oğul böyüdüb Vətəni qorumağa ona görə göndərmişəm ki, bu gün "JEK" müdiri gəlib özəlləşdirdiyim evimi əlimdən alsın? 22 saylı MİS-in müdiri gəlib deyir ki, "çıxmasanız, evinizi başınıza uçuracağıq". İyulun 27-dək bizə vaxt veriblər. Burada ömrümüzün yarısından çoxunu yaşamışıq. Niyə kiminsə qapısında ölməliyik?".

Bina sakinləri iddia edir ki, kimlərsə qazanc məqsədilə onları küçəyə atmaq istəyirlər: "Mənə bu evi dövlət verib. 25 ildir Universitetin Həmkarlar İttifaqında çalışmışam. Əvəzində mənə bu daxmanı veriblər. İndi də başımıza uçururlar. Mən kimdənsə ev istəmirəm, yetər ki, evimə dəyməsinlər". 

Növbəti bina sakini İlham Cəfərov isə bildirir ki, ona müqavilə təqdim olunub, amma hələ imzalamayıb: "Müqaviləyə görə bizə 18 ay kirayə haqqı verəcəklər, fors major hallarda bu müddət 3 ay artırıla bilər. Amma hələ imzalamamışıq. Çünki rəsmi heç nə yoxdur. Qonşular köçüb gedirlər. 11 ailə evini boşaldıb. Hansı ki, həmin mənzillər kirayə verilmişdi, öz sahibləri qalmırdı".

"Biz villa istəmirik. Bu günə qədər villada yaşamışıq ki? Başa düşmürlər bizi. Biz öz evimizi istəyirik. Onu istədiyimiz kimi yığmışıq. Hər şərait yaratmışıq özümüzə", — İ. Cəfərov vurğulayır.

Bina sakinləri, onlara təqdim edilən sənədlərin hamısının saxta olduğunu da iddia edirlər. Dediklərinə görə, söküntüyə dair saxta sərəncam veriləndən sonra MİS-dən gəlib işığı, qazı, suyu kəsiblər.

Yataqxananın başqa bir sakini — Mətləb Rəhimov binanı yararsız vəziyyətdə olmadığını və onların öz evlərindən çıxmayacaqlarını qeyd edir.

İkinci qrup əlil Xatirə İsmayılova 1990-cı ildən bu binada yaşayır: "Tək anayam. Oğlumun da atası bizə baxmır. Özüm Milli Elmlər Akademiyasının işçisiyəm. Mənim oğlumdan və bu evdən başqa heç nəyim, heç kimim yoxdur. Əgər bunun yerində yeni bina inşa etmək istəyirlərsə, məni bir evə köçürsünlər, burada bina tikiləndən sonra evimə geri qaytarsınlar. Xəstə adamam, ağırlıq qaldıra, yük daşıya bilmərəm. Küçələrə düşüb kirayə ev axtaracaq halda da deyiləm".

Bina sakini Nizami Hümbətov Ağdam rayon qaçqınıdır: "1994-cü ildən bu binada qalıram. İndi bizi bir qrup adam bu binadan çıxarır. Prezidentin sərəncamı var ki, qəzalı vəziyyətdə olan binalardan qaçqın və köçkünləri çıxaran zaman onlar evlə təmin olunmalıdır. Bizim binada yaşayan 45 alim, ziyalı, professoru bir qrup binadan çıxarır. Burada yaşlı adamlar yaşayırlar. Yeni bina bəlkə 2-3 ilə tikiləcək, bəlkə bu yaşlılar heç yeni binanı görməyəcəklər".

Digər sakin Əzizağa Ələkbərov bu binada ziyalıların yaşadıqlarını qeyd edir: "Vaxtilə Əbülfəs Elçibəy, millət vəkili Əli Mənsimov, Ziyafət Əsgərov, Hacıbala Abutalıbov bu binada yaşayıblar. Bu gün bizə ağır gəlir ki, Yasamal Rayon İcra Hakimiyyəti bu binanı söküb öz mənfəəti üçün istifadə etmək istəyir. Bu gün mənim evimi başıma uçururlarsa, deməli onlar nə Konstitusiyanı, nə də Prezidenti sayırlar".

Bina sakinlərinin bildirdiklərinə görə, söküntü "İnşaat və Konstruksiyalar" MMC-nin sifarişi və Yasamal RİH-in başçısı İbrahim Mehdiyevin göstərişi ilə həyata keçirilir. Narazı sakinlər Baş nazirin müavini Abid Şərifovla görüşmək, problemlərini dilə gətirmək istəyirlər.

"Biz burada öz şəraitimizi qurmuşuq. Əgər bizim 18 kvadrat metr mənzilimi varsa, buna uyğunlaşmışıq. Həm də binamızda hamısı yaşlı insanlardır. Onlar niyə başqasının evində ölməlidirlər?", — deyir bina sakini Simran Salehov.

Başqa bir sakin Rafiq Hüseynovun dediyinə görə, MİS-dən gələnlərin şərtləri sakinlərə sərf etmir: "Biz demirik ki, getmirik, bizi evlə təmin etsinlər, gedək. Biz bu yaşda küçələrdə qala bilmərik".

Qeyd edək ki, hazırda binadakı 11 mənzildə söküntü işləri aparılır. Tavan və döşəmə taxtaları sökülərək eyvanlardan aşağı atılıb, divarlar dağıdılıb, söküntü işləri aparılan mənzillərin komunal xəttləri kəsilib. Sakinlər üzləşdikləri problemlə əlaqədar Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya müraciət ediblər.

Əlaqədar

Bakının bütün rayonlarında qəzalı binalar söküləcək
Bakının bu ərazilərində köhnə binalar söküləcək
Paytaxtda yeni söküntü dalğası başlayır
"Yuğ" teatrının binası sökülə bilər
"Şeytan çarxı"nı niyə sökürlər?
“Sovetski” məhəlləsində 2311 yaşayış və qeyri-yaşayış sahəsi sökülüb
Teqlər:
bina, söküntü, Yasamal rayonu, Şərifzadə küçəsi, "alimlərin yataqxanası", Mənzil İstismar Sahəsi, Yasamal Rayon İcra Hakimiyyəti, "İnşaat və Konstruksiyalar" MMC

Digər fotolentlər

Əsas mövzular