CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yaşadığınız binaların fundamentindən xəbəriniz var?

© Sputnik / Fuad HasanovTikinti işləri
Tikinti işləri - Sputnik Azərbaycan
Abunə olmaq
Bakıda kütləvi tikinti işləri aparılır. Qısa müddətdə nəhəng yaşayış komplekslərinin inşa olunub, istifadəyə verilməsi isə, onların fövqəladə hallara qarşı davamlılığını şübhə altına salır.

BAKI, 28 apr — Sputnik. Bu günlərdə dünyanın bir çox bölgələrində şiddətli zəlzələlər yaşanır. Təkcə Cənubi Amerika ölkəsi olan Ekvadorda 2 həftə əvvəl baş verən təbii fəlakət zamanı 500-dən çox insan dağıntılar altında qalaraq həyatını itirdi. Çox uzağa getmək lazım deyil, qonşu İran və Türkiyə də bu fəlakətlə tez-tez üzləşir.

Bunlar çox qədim, 1940-cı illərdə tikilən “finski” adlanan taxta binalardır - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bakının bütün rayonlarında qəzalı binalar söküləcək

Azərbaycanın da seysmoloji baxımdan aktiv bölgədə yerləşdiyini nəzərə alsaq, ölkəmiz bu cür fəlakətlərdən sığortalanmayıb. 2000-ci ildən başlayaraq paytaxt Bakıda kütləvi tikinti işləri aparılır. Demək olar ki, artıq şəhərin hər bölgəsində hər gün yeni binaların inşasına şahid oluruq.

Aidiyyəti dövlət orqanları aparılan tikintilərin 9 ballıq zəlzələyə davamlı olduğunu bildirir. Bu barədə dəfələrlə KİV-ə açıqlamalar da verilib.

Lakin sirr deyil ki, bir çox tikinti şirkətləri az xərclə daha çox gəlir əldə etmək üçün keyfiyyətsiz materiallardan istifadə edir.

Düzdür, həmin şirkətlər vaxtilə dövlətin ağır cəzaları ilə üzləşib, rəhbərləri də həbs olunublar. Bəs indi vəziyyət necədir? Tikilən binaların təməli möhkəmdirmi?

Məsələni yerində araşdırmaq üçün Sputnik-in əməkdaşı tikinti aparılan bir neçə əraziyə yollanıb. Müşahidələr, əsasən Yasamal və Səbail rayonları ərazisində aparılıb. Daha çox tikinti işləri məhz Yasamal rayonunda gedir desək, yanılmarıq.

© Sputnik / Fuad Hasanov2000-ci ildən başlayaraq paytaxt Bakıda kütləvi tikinti işləri aparılır.
2000-ci ildən başlayaraq paytaxt Bakıda kütləvi tikinti işləri aparılır - Sputnik Azərbaycan
1/3
2000-ci ildən başlayaraq paytaxt Bakıda kütləvi tikinti işləri aparılır.
© Sputnik / Fuad HasanovBir çox tikinti şirkətləri az xərclə daha çox gəlir əldə etmək üçün keyfiyyətsiz materiallardan istifadə edir.
Bir çox tikinti şirkətləri az xərclə daha çox gəlir əldə etmək üçün keyfiyyətsiz materiallardan istifadə edir - Sputnik Azərbaycan
2/3
Bir çox tikinti şirkətləri az xərclə daha çox gəlir əldə etmək üçün keyfiyyətsiz materiallardan istifadə edir.
© Sputnik / Fuad HasanovTikinti işləri.
Tikinti işləri - Sputnik Azərbaycan
3/3
Tikinti işləri.
1/3
2000-ci ildən başlayaraq paytaxt Bakıda kütləvi tikinti işləri aparılır.
2/3
Bir çox tikinti şirkətləri az xərclə daha çox gəlir əldə etmək üçün keyfiyyətsiz materiallardan istifadə edir.
3/3
Tikinti işləri.

Hüseyn Cavid prospekti ilə Şəfayət Mehdiyev küçələrinin kəsişməsində "Olympus Park" şirkətinin tikməkdə olduğu yaşayış kompleksində kiçik araşdırma apardıq. Burada tikinti prosesi olduqca sürətlə davam edir. Görülən işlərə nəzarət edən briqadir Əvəz Mehdiyev Sputnik-in əməkdaşı ilə söhbətində şirkət rəhbərliyinin heç bir əlavə xərcdən qaçmadığını, binaların təməlinin keyfiyyətli materiallardan hazırlandığını deyib.

Aidiyyəti dövlət qurumlarına gündəlik hesabatın təqdim olunduğunu söyləyən Ə. Mehdiyev, FHN əməkdaşlarının başqa tikililərdə olduğu kimi, burada da tez-tez baxışlar keçirdiyini qeyd edib: "Tikinti başa çatdıqdan sonra istifadəyə təhvil verilməsi üçün Fövqəladə Hallar Nazirliyinin yekun rəyi olmalıdır. Yekun rəy müsbət olduqda mənzillərdə təmir işlərinə başlamağa icazə verilir".

Qeyd edək ki, ərazidə şirkət rəhbərliyindən heç kəs olmadığına görə münasibət öyrənə bilmədik.

Paytaxtın Yeni Yasamal bölgəsində, 77 nömrəli marşrutun son dayanacağına yaxın yerləşən "Meqa City" yaşayış kompleksində isə problem yaşanır. Talıblı küçəsində inşa edilən kompleks sakinlərinin şikayəti binaların təhvil verilməməsi ilə bağlıdır. MTK artıq 8 ilə yaxındır, tikintisi gedən binanı yarımçıq saxlayıb, habelə bir mənzili bir neçə nəfərə satıb.

Üzərindən qısa müddət keçəndən sonra ikinci bina ətrafında da eyni məzmunlu narazılıqlar baş qaldırmağa başlayıb. Sakinlərin bildirdiklərinə görə, əsas problemlərdən biri inşa işlərinin yarımçıq qalması, mənzillərin təhvil verilməməsidir.

Vətəndaşlar neçə ildir ki, mənzillərinin təhvil veriləcəyini gözləyirlər. Keçən ilin sonunda binanın təhvil veriləcəyi bildirilsə də, sonradan mənzillərin 2016-cı ildə vətəndaşların ixtiyarına veriləcəyi vəd edilib. Şikayətçilərin sözlərinə görə, artıq neçənci dəfədir ki, vaxtı dəyişirlər. Sözügedən MTK-dan vətəndaşlara binada işlərin getdiyi deyilsə də, vətəndaşlar bildirirlər ki, ətrafda heç bir iş getmir.
Həqiqətən müşahidə apardığımız zamanı gördük ki, binada nəinki iş getmir, heç liftlər də qoyulmayıb. Binanın komendantı Azər adlı şəxs liftlərin nə zaman quraşdırılacağı sualına cavabında deyib ki, ən gec avqust ayına qədər bütün işlər tamamlanacaq.

Masazır - Sputnik Azərbaycan
CƏMİYYƏT
Masazırda yaşayış binalarının tikintisi üçün böyük təhlükə var

Sorğu zamanı bəlli oldu ki, sözügedən bina Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyindən müsbət rəy almayıb. Yəni bu binalar fövqəladə vəziyyətlərdə tələb olunan keyfiyyətdə tikilməyib. Mövzunu dəqiqləşdirmək üçün FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi ilə əlaqə saxlamağa çalışsaq da, cəhdlərimiz baş tutmadı.

Səbail rayonu ərazisində isə əsas tikinti işləri daha çox Badamdar qəsəbəsində aparılır. Sakinlərin dediyinə görə, qəsəbə ərazisində, az qala hər gün yeni bir binanın təməli qoyulur.

"Əvvəllər bir binanı tikib başa çatdırmaq üçün 1 ildən çox vaxt lazım olurdu. İndi isə nəinki bina, komplekslər cəmi 5-6 aya tikilib başa çatır. Bu da istər-istəməz insanlarda şübhə yaradır. Zarafat deyil axı, o mənzillərdə ailələr, körpələr yaşayacaq. Gərək əmin olasan ki, qaldığın binanın təməli möhkəmdir", — qəsəbə sakini Tamerlan Əyyubov bildirib.

Binaların, yaşayış komplekslərinin bu qədər tez bir zamanda tikilib başa çatması onların fundamentinin zəif olması mənasını verə bilərmi? Bu sualın cavabını Bakı Dövlət Universitetinin Seysmologiya kafedrasının professoru, AMEA-nın müxbir üzvü Kərim Kərimlidən öyrənməyə çalışdıq.

Professorun sözlərinə görə, əgər binalar sürətlə tikilib başa çatırsa, fundamentin möhkəmliyi şübhə doğura bilər: "Əlbəttə, yeni binaların tikilməsi, müasir göydələnlərin ucaldılması şəhərimizi gözəlləşdirir. Amma digər məqamlar da gözdən qaçmamalıdır. Bu həmin yaşayış binalarının təməli ilə bağlıdır".

Professorun sözlərinə görə, həmin təməllər müəyyən üsulla, müasir aparatların ölçü dərəcələrinə uyğun hesablanaraq atılmalıdır: "Bizdəki yeni binalarda bu prosesə uyğun hərəkət edilir, ya yox, bunu deyə bilmərəm. Ümid edirəm ki, edilir. Lakin bütün hallarda əgər binalar sürətlə tikilib başa çatırsa, fundamentin möhkəmliliyi şübhə doğura bilər".

Xəbər lenti
0