https://sputnik.az/20210919/rdoan-Zngzur-koridorunun-alb-almamas-siyasi-msldir-427961095.html
Ərdoğan: Zəngəzur koridorunun açılıb-açılmaması siyasi məsələdir
Ərdoğan: Zəngəzur koridorunun açılıb-açılmaması siyasi məsələdir
Sputnik Azərbaycan
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 76-cı sessiyasında iştirak etmək üçün 19 sentyabrda Nyu-Yorka səfər edib. 19.09.2021, Sputnik Azərbaycan
2021-09-19T14:17+0400
2021-09-19T14:17+0400
2021-11-17T00:04+0400
qarabağ
xəbərlər
siyasət
cəmiyyət
ərdoğan
dünya
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e5/07/16/427516058_0:0:2897:1631_1920x0_80_0_0_0fcb8d95041c47c7aedca4529f8693f6.jpg
BAKI, 19 sentyabr — Sputnik. Zəngəzur koridorunun açılıb-açılmaması siyasi bir məsələdir. Sputnik Azərbaycan türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın baş naziri Nikol Paşinyanın koridorun açılmasının əlehyinə olmasına münasibət bildirərkən deyib:Türkiyə lideri həmçinin Zəngəzur koridorunun açılması ilə Azərbaycan-Ermənistan münasibətlərindəki çətinliyin aradan qalxacağına da ümidvar olduğunu bildirib.Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 76-cı sessiyasında iştirak etmək üçün 19 sentyabrda Nyu-Yorka səfər edib.Üç gün davam edəcək səfərdə Türkiyə lideri BMT-nin iclasının ilk günündə çıxış edəcək.Baş Assambleyanın iclası COVID-19 pandemiyasının qarşısının alınması, dayanıqlığın inkişafı və insan hüquqlarına hörmət kimi mövzulara həsr edilib.Ərdoğan eyni zamanda ABŞ-ın Nyu-York şəhərində 2017-ci ildə təməli qoyulan "Türk evi" binasının da açılışını edəcək.Açılış mərasimi sentyabrın 20-də baş tutacaq. Pandemiya səbəbindən açılışı təxminən bir il gecikən "Türk evi" binası Nyu-Yorkun ən nüfuzlu yerlərindən birində, BMT-nin baş qərargah binasının qarşısında yerləşir. Binada Türkiyənin BMT-dəki Daimi Nümayəndəliyi və Nyu-Yorkdakı Baş Konsulluğu yerləşəcək.Türkiyə prezidenti həmçinin bir sıra ölkələrin lideri və BMT baş katibi Antoniu Quterrişlə görüşəcək.
dünya
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/07/16/427516058_128:0:2859:2048_1920x0_80_0_0_799c0c04afa6ceba9d8357f69bc6754b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, ərdoğan, dünya, azərbaycan
xəbərlər, ərdoğan, dünya, azərbaycan
Ərdoğan: Zəngəzur koridorunun açılıb-açılmaması siyasi məsələdir
14:17 19.09.2021 (Yenilənib: 00:04 17.11.2021) Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 76-cı sessiyasında iştirak etmək üçün 19 sentyabrda Nyu-Yorka səfər edib.
BAKI, 19 sentyabr — Sputnik. Zəngəzur koridorunun açılıb-açılmaması siyasi bir məsələdir. Sputnik Azərbaycan türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın baş naziri Nikol Paşinyanın koridorun açılmasının əlehyinə olmasına münasibət bildirərkən deyib:
"Bir tərəfdən bunu deyib, digər tərəfdən mənlə görüşmək istəməsi hər halda düşündürücü məqamdır. Əgər Tayyip Ərdoğanla görüşmək istəyirsənsə, bəlli addımlar atılmalıdır. Biz görüşlərə qapalı deyilik. Gürcüstan baş naziri Ermənistan baş nazirinin görüşməklə bağlı təklifini mənə çatdırıb. Ancaq bunun üçün Ermənistanın müsbət addımlar atmalıdır. Bu görüş baş tutarsa, Türkiyə də diplomatik əlaqələrə başlayar", - deyə Ərdoğan Nyu-York səfərindən əvvəl jurnalistlərə bildirib.
Türkiyə lideri həmçinin Zəngəzur koridorunun açılması ilə Azərbaycan-Ermənistan münasibətlərindəki çətinliyin aradan qalxacağına da ümidvar olduğunu bildirib.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 76-cı sessiyasında iştirak etmək üçün 19 sentyabrda Nyu-Yorka səfər edib.
Üç gün davam edəcək səfərdə Türkiyə lideri BMT-nin iclasının ilk günündə çıxış edəcək.
Baş Assambleyanın iclası COVID-19 pandemiyasının qarşısının alınması, dayanıqlığın inkişafı və insan hüquqlarına hörmət kimi mövzulara həsr edilib.
Ərdoğan eyni zamanda ABŞ-ın Nyu-York şəhərində 2017-ci ildə təməli qoyulan "Türk evi" binasının da açılışını edəcək.
Açılış mərasimi sentyabrın 20-də baş tutacaq. Pandemiya səbəbindən açılışı təxminən bir il gecikən "Türk evi" binası Nyu-Yorkun ən nüfuzlu yerlərindən birində, BMT-nin baş qərargah binasının qarşısında yerləşir. Binada Türkiyənin BMT-dəki Daimi Nümayəndəliyi və Nyu-Yorkdakı Baş Konsulluğu yerləşəcək.
Türkiyə prezidenti həmçinin bir sıra ölkələrin lideri və BMT baş katibi Antoniu Quterrişlə görüşəcək.