00:31 24 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR1.9900
  • RUB0.0233
XƏBƏRLƏR
Qısa URL
10 0 0

Respublikamızda cari ilin 8 sayı ərzində qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə əlaqəli 3611 nəfər cinayət məsuliyyətinə cəlb edilib.

BAKI, 15 sentyabr — Sputnik. Daxili İşlər Nazirliyi Azərbaycanda bu il narkotik dövriyyəsinə qarşı görülən tədbirlər barədə məlumat açıqlayıb. DİN-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarının hazırlaması, istehsalı, əldəedilməsi, saxlanması, daşınması, göndərilməsi və ya satışı üzrə 2021-ci ilin 8 ay 14 günü ərzində respublika ərazisində 6020 fakt aşkar olunub. Onlardan 2094-ü satış, 3493-ü saxlama, 375-i əkin, 58-i isə digər hallar təşkil edib.

DİN-dən bildirilib ki, həmin faktlar üzrə qanunsuz dövriyyədən 2 ton 636 kq narkotik vasitə (marixuana, heroin, tiryək, həşiş və s.), 224 kq-dan artıq psixotrop maddə (metamfetamin, MDMA-ekstazi, mefedron), 9 kq-dan artıq prekursorlar üzrə güclü təsir edən maddələr, 104 qram müxtəlif kimyəvi tərkibli zəhərli maddə, 52 ton çətənə kolu, əkin-kultivasiya, 168 tondan artıq yabanı halda bitən çətənə və xaş-xaş qanunsuz dövriyyədən çıxarılıb.

Respublikamızda cari ilin 8 sayı ərzində qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə əlaqəli 3611 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Onların hər biri barəsində cinayət-prosessual məcburiyyət tədbirlərinə uyğun olaraq, həbs, başqa yerə getməmək barədə iltizam, polisin nəzarəti altına vermə və digər qətimkan tədbirləri seçilib.

DİN tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqəli cinayət-hüquq, cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq, şübhəli bilinən, saxlanılan, tutulan və təqsirləndirilən şəxslər ətrafında aparılan istintaq hərəkətləri ədalətlilik prinsipi əsasında diqqətdə saxlanılır.

Əsas mövzular