https://sputnik.az/20210915/Narkotik-madd-alb-satan-drd-min-yaxn-xs-cinayt-msuliyytin-clb-olunub-427930441.html
Narkotik maddə alıb-satan dörd minə yaxın şəxs cinayət məsuliyyətinə cəlb olunub
Narkotik maddə alıb-satan dörd minə yaxın şəxs cinayət məsuliyyətinə cəlb olunub
Sputnik Azərbaycan
Respublikamızda cari ilin 8 sayı ərzində qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə əlaqəli 3611 nəfər cinayət məsuliyyətinə cəlb edilib. 15.09.2021, Sputnik Azərbaycan
2021-09-15T21:30+0400
2021-09-15T21:30+0400
2021-09-15T19:38+0400
xəbərlər
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0b/426198302_0:159:3079:1890_1920x0_80_0_0_f127e443b758ef4fa2080fef066d15c1.jpg
BAKI, 15 sentyabr — Sputnik. Daxili İşlər Nazirliyi Azərbaycanda bu il narkotik dövriyyəsinə qarşı görülən tədbirlər barədə məlumat açıqlayıb. DİN-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarının hazırlaması, istehsalı, əldəedilməsi, saxlanması, daşınması, göndərilməsi və ya satışı üzrə 2021-ci ilin 8 ay 14 günü ərzində respublika ərazisində 6020 fakt aşkar olunub. Onlardan 2094-ü satış, 3493-ü saxlama, 375-i əkin, 58-i isə digər hallar təşkil edib.DİN-dən bildirilib ki, həmin faktlar üzrə qanunsuz dövriyyədən 2 ton 636 kq narkotik vasitə (marixuana, heroin, tiryək, həşiş və s.), 224 kq-dan artıq psixotrop maddə (metamfetamin, MDMA-ekstazi, mefedron), 9 kq-dan artıq prekursorlar üzrə güclü təsir edən maddələr, 104 qram müxtəlif kimyəvi tərkibli zəhərli maddə, 52 ton çətənə kolu, əkin-kultivasiya, 168 tondan artıq yabanı halda bitən çətənə və xaş-xaş qanunsuz dövriyyədən çıxarılıb.Respublikamızda cari ilin 8 sayı ərzində qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə əlaqəli 3611 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Onların hər biri barəsində cinayət-prosessual məcburiyyət tədbirlərinə uyğun olaraq, həbs, başqa yerə getməmək barədə iltizam, polisin nəzarəti altına vermə və digər qətimkan tədbirləri seçilib.DİN tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqəli cinayət-hüquq, cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq, şübhəli bilinən, saxlanılan, tutulan və təqsirləndirilən şəxslər ətrafında aparılan istintaq hərəkətləri ədalətlilik prinsipi əsasında diqqətdə saxlanılır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0b/426198302_173:0:2904:2048_1920x0_80_0_0_f4793629317cb388c3ced8c0ec0ed25a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
Narkotik maddə alıb-satan dörd minə yaxın şəxs cinayət məsuliyyətinə cəlb olunub
Respublikamızda cari ilin 8 sayı ərzində qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə əlaqəli 3611 nəfər cinayət məsuliyyətinə cəlb edilib.
BAKI, 15 sentyabr — Sputnik. Daxili İşlər Nazirliyi Azərbaycanda bu il narkotik dövriyyəsinə qarşı görülən tədbirlər barədə məlumat açıqlayıb. DİN-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarının hazırlaması, istehsalı, əldəedilməsi, saxlanması, daşınması, göndərilməsi və ya satışı üzrə 2021-ci ilin 8 ay 14 günü ərzində respublika ərazisində 6020 fakt aşkar olunub. Onlardan 2094-ü satış, 3493-ü saxlama, 375-i əkin, 58-i isə digər hallar təşkil edib.
DİN-dən bildirilib ki, həmin faktlar üzrə qanunsuz dövriyyədən 2 ton 636 kq narkotik vasitə (marixuana, heroin, tiryək, həşiş və s.), 224 kq-dan artıq psixotrop maddə (metamfetamin, MDMA-ekstazi, mefedron), 9 kq-dan artıq prekursorlar üzrə güclü təsir edən maddələr, 104 qram müxtəlif kimyəvi tərkibli zəhərli maddə, 52 ton çətənə kolu, əkin-kultivasiya, 168 tondan artıq yabanı halda bitən çətənə və xaş-xaş qanunsuz dövriyyədən çıxarılıb.
Respublikamızda cari ilin 8 sayı ərzində qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə əlaqəli 3611 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Onların hər biri barəsində cinayət-prosessual məcburiyyət tədbirlərinə uyğun olaraq, həbs, başqa yerə getməmək barədə iltizam, polisin nəzarəti altına vermə və digər qətimkan tədbirləri seçilib.
DİN tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqəli cinayət-hüquq, cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq, şübhəli bilinən, saxlanılan, tutulan və təqsirləndirilən şəxslər ətrafında aparılan istintaq hərəkətləri ədalətlilik prinsipi əsasında diqqətdə saxlanılır.