19:15 21 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR1.9944
  • RUB0.0232
XƏBƏRLƏR
Qısa URL
10 0 0

Ağ vəsiqə" adlanan sərgidə Niyaz Nəcəfovun son illər yaratdığı əsərləri yer alıb. Sərginin açılışında xeyli sayda fransalı rəsm həvəskarı iştirak edib.

BAKI, 15 sentyabr — Sputnik. Fransanın paytaxtı Parisdə azərbaycanlı rəssam Niyaz Nəcəfovun sərgisi açılıb. Sputnik Azərbaycan xəbər verir ki, Parisin 1-ci rayonunda, Luvr küçəsində yerləşən İtaliya qalereyasında təşkil edilmiş fərdi sərgidə azərbaycanlı rəssamın 10-a yaxın əl işi sərgilənir.

"Ağ vəsiqə" adlanan sərgidə Niyaz Nəcəfovun son illər yaratdığı əsərləri yer alıb. Sərginin açılışında xeyli sayda fransalı rəsm həvəskarı iştirak edib.

Sərgi sentyabrın 25-dək davam edəcək.

Qeyd edək ki, Niyaz Nəcəfov son 10 ildə Azərbaycan incəsənətində məşhurlaşan rəssamlardandır. Onun əsərləri Rusiya, ABŞ, Almaniya, Danimarka, Fransa ilə yanaşı, digər xarici ölkələrdə də nümayiş etdirilib. N.Nəcəfovun əsərləri habelə Azərbaycanın hüdudlarından kənarda bir çox muzeylərdə və şəxsi kolleksiyalarda saxlanılır.

Niyaz Nəcəfov 2005-ci ildə "Kişi və qadın" sərgisində, 2007-ci ildə BMT-nin Cenevrə bölməsinin Millətlər sarayında keçirilən "Qobustandan yol gələn naxışlar" adlı sərgidə, həmin il Almaniyanın Kassel şəhərində, 2008-ci ildə Berlində, 2009-cu ildə 53-cü Venesiya Biennalesində və digər onlarla sərgilərdə iştirak edən rəssamın əsərləri xarici sənətsevərlər və mütəxəssislər tərəfindən maraqla qarşılanıb.

Əsas mövzular