https://sputnik.az/20210915/azerbaycanli-ressamin-eserleri-Parisd-nmayi-olunub-427925934.html
Azərbaycanlı rəssamın əsərləri Parisdə nümayiş olunub
Azərbaycanlı rəssamın əsərləri Parisdə nümayiş olunub
Sputnik Azərbaycan
Ağ vəsiqə" adlanan sərgidə Niyaz Nəcəfovun son illər yaratdığı əsərləri yer alıb. Sərginin açılışında xeyli sayda fransalı rəsm həvəskarı iştirak edib. 15.09.2021, Sputnik Azərbaycan
2021-09-15T23:53+0400
2021-09-15T23:53+0400
2021-09-15T20:12+0400
xəbərlər
https://cdnn1.img.sputnik.az/img/07e4/0a/18/425285690_0:0:3072:1728_1920x0_80_0_0_33a192713d37498a2470bd4bd3e3b3b0.jpg
BAKI, 15 sentyabr — Sputnik. Fransanın paytaxtı Parisdə azərbaycanlı rəssam Niyaz Nəcəfovun sərgisi açılıb. Sputnik Azərbaycan xəbər verir ki, Parisin 1-ci rayonunda, Luvr küçəsində yerləşən İtaliya qalereyasında təşkil edilmiş fərdi sərgidə azərbaycanlı rəssamın 10-a yaxın əl işi sərgilənir."Ağ vəsiqə" adlanan sərgidə Niyaz Nəcəfovun son illər yaratdığı əsərləri yer alıb. Sərginin açılışında xeyli sayda fransalı rəsm həvəskarı iştirak edib.Sərgi sentyabrın 25-dək davam edəcək.Qeyd edək ki, Niyaz Nəcəfov son 10 ildə Azərbaycan incəsənətində məşhurlaşan rəssamlardandır. Onun əsərləri Rusiya, ABŞ, Almaniya, Danimarka, Fransa ilə yanaşı, digər xarici ölkələrdə də nümayiş etdirilib. N.Nəcəfovun əsərləri habelə Azərbaycanın hüdudlarından kənarda bir çox muzeylərdə və şəxsi kolleksiyalarda saxlanılır.Niyaz Nəcəfov 2005-ci ildə "Kişi və qadın" sərgisində, 2007-ci ildə BMT-nin Cenevrə bölməsinin Millətlər sarayında keçirilən "Qobustandan yol gələn naxışlar" adlı sərgidə, həmin il Almaniyanın Kassel şəhərində, 2008-ci ildə Berlində, 2009-cu ildə 53-cü Venesiya Biennalesində və digər onlarla sərgilərdə iştirak edən rəssamın əsərləri xarici sənətsevərlər və mütəxəssislər tərəfindən maraqla qarşılanıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0a/18/425285690_341:0:3072:2048_1920x0_80_0_0_d46986599a796936aa61524a5091d9a1.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
Azərbaycanlı rəssamın əsərləri Parisdə nümayiş olunub
Ağ vəsiqə" adlanan sərgidə Niyaz Nəcəfovun son illər yaratdığı əsərləri yer alıb. Sərginin açılışında xeyli sayda fransalı rəsm həvəskarı iştirak edib.
BAKI, 15 sentyabr — Sputnik. Fransanın paytaxtı Parisdə azərbaycanlı rəssam Niyaz Nəcəfovun sərgisi açılıb. Sputnik Azərbaycan xəbər verir ki, Parisin 1-ci rayonunda, Luvr küçəsində yerləşən İtaliya qalereyasında təşkil edilmiş fərdi sərgidə azərbaycanlı rəssamın 10-a yaxın əl işi sərgilənir.
"Ağ vəsiqə" adlanan sərgidə Niyaz Nəcəfovun son illər yaratdığı əsərləri yer alıb. Sərginin açılışında xeyli sayda fransalı rəsm həvəskarı iştirak edib.
Sərgi sentyabrın 25-dək davam edəcək.
Qeyd edək ki, Niyaz Nəcəfov son 10 ildə Azərbaycan incəsənətində məşhurlaşan rəssamlardandır. Onun əsərləri Rusiya, ABŞ, Almaniya, Danimarka, Fransa ilə yanaşı, digər xarici ölkələrdə də nümayiş etdirilib. N.Nəcəfovun əsərləri habelə Azərbaycanın hüdudlarından kənarda bir çox muzeylərdə və şəxsi kolleksiyalarda saxlanılır.
Niyaz Nəcəfov 2005-ci ildə "Kişi və qadın" sərgisində, 2007-ci ildə BMT-nin Cenevrə bölməsinin Millətlər sarayında keçirilən "Qobustandan yol gələn naxışlar" adlı sərgidə, həmin il Almaniyanın Kassel şəhərində, 2008-ci ildə Berlində, 2009-cu ildə 53-cü Venesiya Biennalesində və digər onlarla sərgilərdə iştirak edən rəssamın əsərləri xarici sənətsevərlər və mütəxəssislər tərəfindən maraqla qarşılanıb.