https://sputnik.az/20210827/Zakir-Hsnov-qazaxstanl-hmkarna-basal-verib-427791856.html
Zakir Həsənov qazaxıstanlı həmkarına başsağlığı verib
Zakir Həsənov qazaxıstanlı həmkarına başsağlığı verib
Sputnik Azərbaycan
"Qardaş Qazaxıstan Respublikasının Taraz şəhəri yaxınlığında baş vermiş partlayış nəticəsində hərbi qulluqçuların həlak olması və çox sayda şəxsin xəsarət... 27.08.2021, Sputnik Azərbaycan
2021-08-27T18:05+0400
2021-08-27T18:05+0400
2021-11-17T00:02+0400
xəbərlər
hadisə
cəmiyyət
siyasət
qazaxıstan
başsağlığı
dünya
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/42217/78/422177877_0:0:2000:1125_1920x0_80_0_0_c10846d3195858edc01e83bb447687af.jpg
BAKI, 27 avqust — Sputnik. Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Qazaxıstan Respublikasının müdafiə naziri general-leytenant Nurlan Yermekbayevə başsağlığı ünvanlayıb.Sputnik Azərbaycan xəbər verir ki, başsağlığı mətnində deyilir:Avqustun 26-da axşam saatlarına Qazaxıstanın Jambılsk vilayətinin Taraz şəhəri yaxınlığındakı hərbi hissədə güclü partlayış olub. Ölkənin Müdafiə Nazirliyindən məlumatı təsdiqləyərək bildiriblər ki, hərbi hissənin anbarında, əsasən, hərbi mühəndis sursatı saxlanır, onların partlayış zamanı ətrafa yayılma radiusu isə elə də böyük olmur.Müdafiə Naziriyinin məlumatına görə, hadisə nəticəsində 5 nəfər həlak olub. Qazaxıstan Fövqəladə Hallar Nazirliyindən verilən son məlumatda isə xəstəxanalara xəsarət almış 90 nəfərin yerləşdirildiyi və onların 49-nun yerli FH departamentinin əməkdaşları olduğu bildirilib. Yaralıların 6-nın vəziyyəti ağırdır.Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) də hadisə ilə əlaqədar olaraq Qazaxıstana başsağlığı verib. Bu barədə məlumat Azərbaycan XİN-in rəsmi "Twitter" səhifəsində yerləşdirilib.Həmçinin oxuyun:Yer titrədi: Qazaxıstanda baş vermiş güclü partlayışın şahidi danışıbQazaxıstanda hərbi obyektdə güclü partlayış olub, 30-dan çox yaralı var - VİDEO
dünya
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42217/78/422177877_191:0:1964:1330_1920x0_80_0_0_4eb9b697722f5acd3fd56554b8134e69.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, qazaxıstan, başsağlığı, dünya, azərbaycan
xəbərlər, qazaxıstan, başsağlığı, dünya, azərbaycan
Zakir Həsənov qazaxıstanlı həmkarına başsağlığı verib
18:05 27.08.2021 (Yenilənib: 00:02 17.11.2021) "Qardaş Qazaxıstan Respublikasının Taraz şəhəri yaxınlığında baş vermiş partlayış nəticəsində hərbi qulluqçuların həlak olması və çox sayda şəxsin xəsarət alması haqqında xəbər məni dərindən kədərləndirdi"
BAKI, 27 avqust — Sputnik. Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Qazaxıstan Respublikasının müdafiə naziri general-leytenant Nurlan Yermekbayevə başsağlığı ünvanlayıb.
Sputnik Azərbaycan xəbər verir ki, başsağlığı mətnində deyilir:
"Qardaş Qazaxıstan Respublikasının Taraz şəhəri yaxınlığında baş vermiş partlayış nəticəsində hərbi qulluqçuların həlak olması və çox sayda şəxsin xəsarət alması haqqında xəbər məni dərindən kədərləndirdi. Həlak olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm. Bütün yaralılara Tanrıdan şəfa diləyirəm. Allah rəhmət eləsin".
Avqustun 26-da axşam saatlarına Qazaxıstanın Jambılsk vilayətinin Taraz şəhəri yaxınlığındakı hərbi hissədə güclü partlayış olub. Ölkənin Müdafiə Nazirliyindən məlumatı təsdiqləyərək bildiriblər ki, hərbi hissənin anbarında, əsasən, hərbi mühəndis sursatı saxlanır, onların partlayış zamanı ətrafa yayılma radiusu isə elə də böyük olmur.
Müdafiə Naziriyinin məlumatına görə, hadisə nəticəsində 5 nəfər həlak olub. Qazaxıstan Fövqəladə Hallar Nazirliyindən verilən son məlumatda isə xəstəxanalara xəsarət almış 90 nəfərin yerləşdirildiyi və onların 49-nun yerli FH departamentinin əməkdaşları olduğu bildirilib. Yaralıların 6-nın vəziyyəti ağırdır.
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) də hadisə ilə əlaqədar olaraq Qazaxıstana başsağlığı verib. Bu barədə məlumat Azərbaycan XİN-in rəsmi "Twitter" səhifəsində yerləşdirilib.