Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Zakir Həsənov qazaxıstanlı həmkarına başsağlığı verib

© Sputnik / Murad OrujovAzərbaycan Müdafiə Naziri Zakir Həsənov Bakıda keçirilən MDB Müdafiə Nazirləri Şurasının 77-ci iclasında
Azərbaycan Müdafiə Naziri Zakir Həsənov Bakıda keçirilən MDB Müdafiə Nazirləri Şurasının 77-ci iclasında - Sputnik Azərbaycan, 1920, 27.08.2021
Abunə olmaq
"Qardaş Qazaxıstan Respublikasının Taraz şəhəri yaxınlığında baş vermiş partlayış nəticəsində hərbi qulluqçuların həlak olması və çox sayda şəxsin xəsarət alması haqqında xəbər məni dərindən kədərləndirdi"
BAKI, 27 avqust — Sputnik. Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Qazaxıstan Respublikasının müdafiə naziri general-leytenant Nurlan Yermekbayevə başsağlığı ünvanlayıb.
Sputnik Azərbaycan xəbər verir ki, başsağlığı mətnində deyilir:
"Qardaş Qazaxıstan Respublikasının Taraz şəhəri yaxınlığında baş vermiş partlayış nəticəsində hərbi qulluqçuların həlak olması və çox sayda şəxsin xəsarət alması haqqında xəbər məni dərindən kədərləndirdi. Həlak olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm. Bütün yaralılara Tanrıdan şəfa diləyirəm. Allah rəhmət eləsin".
Avqustun 26-da axşam saatlarına Qazaxıstanın Jambılsk vilayətinin Taraz şəhəri yaxınlığındakı hərbi hissədə güclü partlayış olub. Ölkənin Müdafiə Nazirliyindən məlumatı təsdiqləyərək bildiriblər ki, hərbi hissənin anbarında, əsasən, hərbi mühəndis sursatı saxlanır, onların partlayış zamanı ətrafa yayılma radiusu isə elə də böyük olmur.
Müdafiə Naziriyinin məlumatına görə, hadisə nəticəsində 5 nəfər həlak olub. Qazaxıstan Fövqəladə Hallar Nazirliyindən verilən son məlumatda isə xəstəxanalara xəsarət almış 90 nəfərin yerləşdirildiyi və onların 49-nun yerli FH departamentinin əməkdaşları olduğu bildirilib. Yaralıların 6-nın vəziyyəti ağırdır.
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) də hadisə ilə əlaqədar olaraq Qazaxıstana başsağlığı verib. Bu barədə məlumat Azərbaycan XİN-in rəsmi "Twitter" səhifəsində yerləşdirilib.
Həmçinin oxuyun:
Yer titrədi: Qazaxıstanda baş vermiş güclü partlayışın şahidi danışıb
Qazaxıstanda hərbi obyektdə güclü partlayış olub, 30-dan çox yaralı var - VİDEO
Xəbər lenti
0