CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

DSX rəhbərliyi şəhid sərhədçilərin ailələrinə və Vətən müharibəsi qazilərinə baş çəkib

© State Border Service of Azerbaijan RepublicGörüş zamanı
Görüş zamanı - Sputnik Azərbaycan, 1920, 17.08.2021
Abunə olmaq
47 nəfər şəhid hərbi qulluqçunun ölümlərindən sonra təltif edildikləri orden və medallar ailə üzvlərinə təqdim olunub, həmçinin qazilərimizin dövlət təltifləri onlara verilib.
BAKI, 17 avqust — Sputnik. Azərbaycan Sərhəd Mühafizəsinin 102-ci ildönümü ərəfəsində keçirilən tədbirlər çərçivəsində ölkəmizin ərazi bütövlüyünün təmin olunması, müqqədəs torpaqlarımızın düşmən işğalından azad edilməsi uğrunda Vətən müharibəsində həlak olmuş sərhədçilərin əziz xatirələrinin anılmasına, qazilərimizə diqqət və qayğı göstərilməsinə xüsusi yer verilir. Bu barədə Sputnik Azərbaycan-a DSX-dən məlumat verilib.
© State Border Service of Azerbaijan Republic
Görüş zamanı - Sputnik Azərbaycan
1/3
© State Border Service of Azerbaijan Republic
Görüş zamanı - Sputnik Azərbaycan
2/3
© State Border Service of Azerbaijan Republic
Görüş zamanı - Sputnik Azərbaycan
3/3
1/3
2/3
3/3
14-16 avqust tarixlərində Dövlət Sərhəd Xidmətinin rəhbər vəzifəli şəxsləri tərəfindən şəhid sərhədçilərin ailələrinə və Vətən müharibəsinin qazilərinə baş çəkilib.
Torpaqlarımızın düşmən tapdağından azad edilməsi uğrunda qazilərimizin və şəhadət zirvəsinə ucalmış şəhidlərimizin rəşadət və qəhrəmanlıq salnaməsi yazdıqları barədə danışılmış, onların Vətən yolunda bizlərə qələbə sevincini yaşadan fədakarlığının yaddaşlardan silinməyəcəyi vurğulanıb.
Şəhidlərin xatirələrinin əbədiləşdirilməsi, onların ailələrinin və qazilərin sosial müdafiəsinin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin əsas istiqamətlərindən olması, qeyd olunan məsələlərin daim diqqət mərkəzində saxlanıldığı bildirilib.
Ziyarətlər zamanı Dövlət Sərhəd Xidmətinin 47 nəfər şəhid hərbi qulluqçusunun Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə ölümlərindən sonra təltif edildikləri orden və medallar ailə üzvlərinə təqdim olunub, həmçinin qazilərimizin dövlət təltifləri onlara verilib.
Şəhidlərin ailə üzvləri və qazilər göstərilən diqqət və qayğıya görə minnətdarlıq ifadə edib, Azərbaycanın Sərhəd Mühafizəsi üçün bu əlamətdar dövrdə onların anılması, şəhid ailələrinin ziyarət edilməsinin dövlətimizin Vətən müharibəsinin iştirakçılarına göstərdiyi diqqətin, şəhidlərə ifadə olunan ehtiramının bariz nümunəsi olduğunu bildiriblər.
Həmçinin oxuyun:
Öncə kurs, sonra iş: Şəhid ailəsi üzvləri və qazilər üçün yeni imkan
Xəbər lenti
0