https://sputnik.az/20210803/Infiniti-gece-klubu-427613803.html
KİV gecə klubunu "satdı"
KİV gecə klubunu "satdı"
Sputnik Azərbaycan
Klubun icarədarı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə 4000, mühafizə xidmətinin əməkdaşı isə 200 manat məbləğində cərimə ediliblər. 03.08.2021, Sputnik Azərbaycan
2021-08-03T20:54+0400
2021-08-03T20:54+0400
2021-11-16T23:59+0400
xəbərlər
cəmiyyət
hadisə
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/42021/55/420215508_0:105:1992:1226_1920x0_80_0_0_44ad6f45d3ab92d3bbaf688caaec55e0.jpg
BAKI, 3 avqust — Sputnik. Paytaxtın Nərimanov rayonunda yerləşən "İnfiniti" gecə klubunda karantin qaydalarının pozulması ilə bağlı KİV-də yayılan görüntülər Nərimanov Rayon Polis İdarəsində araşdırılıb. Daxili İşlər Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, nazirliyin Mətbuat Xidmətinin inspektoru, polis mayoru Anar Qafarov araşdırma ilə bağlı vəziyyəti açıqlayıb.Onun məlumatına görə, araşdırma zamanı məlum olub ki, qeyd edilən obyektdə sanitar-karantin qaydalarının bir qisminə riayət edilmir, müştərilərə klubun əməkdaşları tərəfindən qəlyandan istifadəyə şərait yaradılır və dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq klub fəaliyyətini gecə saat 00:00-dan sonra da davam etdirir.Qeyd edilən məsələlərlə bağlı obyektin icarədarı və klubun mühafizə xidmətinin əməkdaşı Nərimanov RPİ-yə dəvət ediliblər.Klubun icarədarı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə 4000, mühafizə xidmətinin əməkdaşı isə 200 manat məbləğində cərimə ediliblər. Həmin şəxslərə xəbərdarlıq edilərək onlarla profilaktik söhbətlər aparılıb. Bildirilib ki, obyektdə belə bir hal növbəti dəfə aşkar olunduğu təqdirdə polis əməkdaşları tərəfindən daha sərt inzibati tənbeh tədbirləri görüləcək.Qeyd edək ki, DİN tərəfindən hər gün gecə klubları, şadlıq saraylarında monitorinqlər aparılır, karantin qaydalarını pozan şəxslər cəzalandırılır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42021/55/420215508_110:0:1883:1330_1920x0_80_0_0_a03d82568b2f1b222150f2e40a5c9d80.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, azərbaycan
KİV gecə klubunu "satdı"
20:54 03.08.2021 (Yenilənib: 23:59 16.11.2021) Klubun icarədarı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə 4000, mühafizə xidmətinin əməkdaşı isə 200 manat məbləğində cərimə ediliblər.
BAKI, 3 avqust — Sputnik. Paytaxtın Nərimanov rayonunda yerləşən "İnfiniti" gecə klubunda karantin qaydalarının pozulması ilə bağlı KİV-də yayılan görüntülər Nərimanov Rayon Polis İdarəsində araşdırılıb. Daxili İşlər Nazirliyindən
Sputnik Azərbaycan-a verilən məlumata görə, nazirliyin Mətbuat Xidmətinin inspektoru, polis mayoru Anar Qafarov araşdırma ilə bağlı vəziyyəti açıqlayıb.
Onun məlumatına görə, araşdırma zamanı məlum olub ki, qeyd edilən obyektdə sanitar-karantin qaydalarının bir qisminə riayət edilmir, müştərilərə klubun əməkdaşları tərəfindən qəlyandan istifadəyə şərait yaradılır və dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq klub fəaliyyətini gecə saat 00:00-dan sonra da davam etdirir.
Qeyd edilən məsələlərlə bağlı obyektin icarədarı və klubun mühafizə xidmətinin əməkdaşı Nərimanov RPİ-yə dəvət ediliblər.
Klubun icarədarı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə 4000, mühafizə xidmətinin əməkdaşı isə 200 manat məbləğində cərimə ediliblər. Həmin şəxslərə xəbərdarlıq edilərək onlarla profilaktik söhbətlər aparılıb. Bildirilib ki, obyektdə belə bir hal növbəti dəfə aşkar olunduğu təqdirdə polis əməkdaşları tərəfindən daha sərt inzibati tənbeh tədbirləri görüləcək.
Qeyd edək ki, DİN tərəfindən hər gün gecə klubları, şadlıq saraylarında monitorinqlər aparılır, karantin qaydalarını pozan şəxslər cəzalandırılır.