Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycan neftinin ucuzlaşma səbəbi bəlli olub

© Sputnik / Murad OrujovBakıda neft nasosları
Bakıda neft nasosları - Sputnik Azərbaycan, 1920, 10.08.2021
Abunə olmaq
OPEC və qeyri-OPEC ölkələri nazirlərinin növbəti iclasının 2021-ci ilin 1 sentyabr tarixində keçirilməsi qərara alınıb.
BAKI, 10 avqust — Sputnik. Azərbaycan neftinin qiyməti yenə ucuzlaşıb.
Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 1,96 ABŞ dollar və yaxud 2,76% azalaraq 68,96 dollar təşkil edib.
London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 0,80 dollar artaraq 69,84 dollar, Nyu-York birjasında "Light" markalı neftin bir barelinin qiyməti isə 0,94 dollar bahalaşaraq 67,42 dollar olub.
Qeyd edək ki, ötən ilin ikinci rübündən vüsət alan pandemiyanın təsiri nəticəsində neft qiymətləri minimum göstəricilərə enmişdi. Lakin qlobal miqyasda vaksinasiya prosesi və effektiv karantin tədbirləri nəticəsində neft tələbatı bərpa olunub, qiymətlər artmağa başlayıb.
"Azeri Light" neftinin bir barelinin qiyməti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.
OPEC və qeyri-OPEC ölkələri nazirlərinin növbəti iclasının 2021-ci ilin 1 sentyabr tarixində keçirilməsi qərara alınıb.
Xəbər lenti
0