Prezident məktəblərlə bağlı sərəncam verdi

© Official website of President of Azerbaijan RepublicПрезидент Ильхам Алиев выступил на онлайн Саммите Организации экономического сотрудничества
Президент Ильхам Алиев выступил на онлайн Саммите Организации экономического сотрудничества - Sputnik Azərbaycan, 1920, 04.08.2021
Abunə olmaq
2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 7 milyon manat vəsait ayrılıb.
BAKI, 4 avqust — Sputnik. Prezident İlham Əliyev "2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində zərər vurulmuş təhsil müəssisələrində təmir-tikinti işlərinin həyata keçirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Sərəncam imzalayıb.
Sputnik Azərbaycan-ın məlumatına görə prezidentin sərəncama əsasən, Gəncə şəhəri, Ağdam, Goranboy və Tərtər rayonlarında zərər vurulmuş təhsil müəssisələrində təmir-tikinti işlərinin həyata keçirilməsinin təmin edilməsi üçün Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 7 milyon manat vəsait ayrılıb.
Maliyyə Nazirliyinə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Bakı məktəblərinin təmir və tikintisinə 20 milyon manat ayrılıb
Xatırladaq ki, bu il mayın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı şəhərində və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi, əsaslı təmiri və bərpası ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, Bakı şəhərində və onun qəsəbələrində təhsil müəssisələrinin (siyahı əlavə olunur) tikintisi, əsaslı təmiri və bərpası işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.14.1-ci yarımbəndində göstərilmiş 20 milyon manat vəsait Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) ayrılıb.
Maliyyə Nazirliyinə bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş bölgüyə uyğun olaraq maliyyələşməni təmin etmək, Bakı Şəhər İcra Hakimiyyətinə bu Sərəncamla təsdiq edilmiş bölgüdə göstərilən layihələr üzrə yerinə yetirilmiş işlər haqqında hesabatı İqtisadiyyat Nazirliyinin tərtib etdiyi formaya uyğun olaraq rübdə bir dəfə, növbəti rübün ilk ayının 10-dan gec olmayaraq,İqtisadiyyat Nazirliyinə təqdim etmək, Nazirlər Kabinetinə isə bu Sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
Həmçinin oxuyun:
Bakı məktəblərində yeni tədris ilinə hazırlıq aparılır
Karantin və peyvənd: əcnəbilərin Rusiya ali məktəblərində təhsili necə təşkil olunacaq
Xəbər lenti
0