https://sputnik.az/20210803/tebib-terefinden-seyyar-vaksinasiya-menteqelerinin-sayi-artirildi-427613773.html
TƏBİB tərəfindən səyyar vaksinasiya məntəqələrinin sayı artırıldı
TƏBİB tərəfindən səyyar vaksinasiya məntəqələrinin sayı artırıldı
Sputnik Azərbaycan
"Koroğlu" metrostansiyanın yaxınlığında yerləşən "Bravo" hipermarketində, "Əhmədli" metrostansiyasının yaxınlığındakı "Bravo" hipermarketində, həmçinin "28... 03.08.2021, Sputnik Azərbaycan
2021-08-03T17:21+0400
2021-08-03T17:21+0400
2021-08-03T17:21+0400
xəbərlər
azərbaycanda covid-19 əleyhinə vaksinasiya
təbib
vaksinasiya
məntəqə
səyyar
https://cdnn1.img.sputnik.az/img/07e5/04/16/426765441_0:0:3072:1728_1920x0_80_0_0_a3665ecb9ad3dc3bbef0ae9dca82e935.jpg
BAKI, 3 avqust — Sputnik. COVID-19 pandemiyası əleyhinə mübarizə tədbirləri istiqamətində vətəndaşların peyvəndləməsi davam etdirilir. "Azersun"dan Sputnik Azərbaycan-a verilən məlumata görə, tibb məntəqələrində sıxlığın qarşısının alınması, vaksinasiya prosesinin daha da sürətləndirilməsi məqsədilə ölkənin iri ticarət mərkəzlərində də səyyar briqadalar fəaliyyət göstərir.Park Bulvar Alış-veriş Mərkəzində (AVM) TƏBİB tərəfindən səyyar vaksinasiya məntəqəsi təşkil edilib. Vaksinasiyada iştirak etmək istəyən hər bir şəxs AVM-nin 2-ci mərtəbəsində yerləşən peyvənd otağına yaxınlaşa bilər.Məlumata görə, vətəndaşlar, həmçinin müvafiq saytda onlayn qeydiyyatdan keçərək də vaksinasiyada iştirak edə bilərlər. Park Bulvar Alış-veriş Mərkəzində peyvənd olunmaq üçün randevu.its.gov.az saytında qeydiyyatdan keçib 1 saylı şəhər poliklinikasını qeyd etmək lazımdır. Səyyar vaksinasiyada Çin istehsalı olan "Sinovac" peyvəndindən istifadə olunur. AVM-də fəaliyyət göstərən briqadanın həkimlərinin bildirdiyinə görə, vaksinasiya prosesi normal keçir və burada peyvənd olunan şəxslərdən heç bir şikayət daxil olmayıb.Qeyd edək ki, bundan əvvəl "Koroğlu" metrostansiyanın yaxınlığında yerləşən "Bravo" hipermarketində səyyar vaksinasiya təşkil edilib. "Əhmədli" metrostansiyasının yaxınlığındakı "Bravo" hipermarketində, həmçinin "28 Mall" və "Dəniz" Ticarət Mərkəzlərində də səyyar vaksinasiya təşkil olunur.Eləcə də oxuyun: Peyvəndə qarşı əks göstərişi olanlar üçün imtiyazlara dair qaydalar hazırlanırKoronavirusun ölümcül təhlükəli nəticəsi açıqlanıbAzərbaycanda COVID-19 göstəricilərində azalma varDərman şirkətləri koronavirusa qarşı vaksinlərin qiymətini qaldırıblar
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/04/16/426765441_341:0:3072:2048_1920x0_80_0_0_5ad87394dc8228158167d5f43b02faf6.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər, azərbaycanda covid-19 əleyhinə vaksinasiya, təbib, vaksinasiya, məntəqə, səyyar
xəbərlər, azərbaycanda covid-19 əleyhinə vaksinasiya, təbib, vaksinasiya, məntəqə, səyyar
TƏBİB tərəfindən səyyar vaksinasiya məntəqələrinin sayı artırıldı
"Koroğlu" metrostansiyanın yaxınlığında yerləşən "Bravo" hipermarketində, "Əhmədli" metrostansiyasının yaxınlığındakı "Bravo" hipermarketində, həmçinin "28 Mall" və "Dəniz" Ticarət Mərkəzlərində də səyyar vaksinasiya təşkil olunur.
BAKI, 3 avqust — Sputnik. COVID-19 pandemiyası əleyhinə mübarizə tədbirləri istiqamətində vətəndaşların peyvəndləməsi davam etdirilir. "Azersun"dan
Sputnik Azərbaycan-a verilən məlumata görə, tibb məntəqələrində sıxlığın qarşısının alınması, vaksinasiya prosesinin daha da sürətləndirilməsi məqsədilə ölkənin iri ticarət mərkəzlərində də səyyar briqadalar fəaliyyət göstərir.
Park Bulvar Alış-veriş Mərkəzində (AVM) TƏBİB tərəfindən səyyar vaksinasiya məntəqəsi təşkil edilib. Vaksinasiyada iştirak etmək istəyən hər bir şəxs AVM-nin 2-ci mərtəbəsində yerləşən peyvənd otağına yaxınlaşa bilər.
Məlumata görə, vətəndaşlar, həmçinin müvafiq saytda onlayn qeydiyyatdan keçərək də vaksinasiyada iştirak edə bilərlər. Park Bulvar Alış-veriş Mərkəzində peyvənd olunmaq üçün randevu.its.gov.az saytında qeydiyyatdan keçib 1 saylı şəhər poliklinikasını qeyd etmək lazımdır. Səyyar vaksinasiyada Çin istehsalı olan "Sinovac" peyvəndindən istifadə olunur. AVM-də fəaliyyət göstərən briqadanın həkimlərinin bildirdiyinə görə, vaksinasiya prosesi normal keçir və burada peyvənd olunan şəxslərdən heç bir şikayət daxil olmayıb.
Qeyd edək ki, bundan əvvəl "Koroğlu" metrostansiyanın yaxınlığında yerləşən "Bravo" hipermarketində səyyar vaksinasiya təşkil edilib. "Əhmədli" metrostansiyasının yaxınlığındakı "Bravo" hipermarketində, həmçinin "28 Mall" və "Dəniz" Ticarət Mərkəzlərində də səyyar vaksinasiya təşkil olunur.
Azərbaycanda
COVID-19 göstəricilərində azalma var
Dərman şirkətləri
koronavirusa qarşı vaksinlərin qiymətini qaldırıblar