MN Ermənistanın Kəlbəcərdə Azərbaycan Ordusuna məxsus Uralı vurması barədə

© Sputnik / Grigory Sysoyev / Mediabanka keçid"Ural" markalı zirehli yük maşını
Ural markalı zirehli yük maşını - Sputnik Azərbaycan, 1920, 02.08.2021
Xəbərlərə abunə olun
НовостиTelegram
Azərbaycan Ordusuna məxsus Ural markalı avtomobilin guya Kəlbəcər istiqamətində Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən minaatanlardan atəşə tutulması və itkilərin olması barədə yayılan məlumat həqiqətə uyğun deyil.
BAKI, 2 avqust - Sputnik. Bəzi sosial şəbəkələrdə Azərbaycan Ordusuna məxsus Ural markalı avtomobilin guya Kəlbəcər istiqamətində Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən minaatanlardan atəşə tutulması və itkilərin olması barədə yayılan məlumat həqiqətə uyğun deyil.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumatı Müdafiə Nazirliyi öz Facebook hesabında paylaşıb. 
Məlumatda bildirilir ki, Azərbaycan Ordusunun bütün texnikası tam tərkibdə yerindədir.
Ermənilər bu gün iki dəfə atəşkəsi pozublar 
Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 2-si saat 13:55-dən 17.00-dək Vedi rayonunun Arazdəyən və Basarkeçər rayonunun Zərkənd kəndləri ərazisində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikası Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi və Kəlbəcər rayonunun Yuxarı Ayrım kəndi istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.
Müdafiə Nazirliyinin verdiyi məlumata görə, Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.
Cavab atəşi ilə qarşı tərəf  susdurulub.
Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.
Naxçıvan yenə atəşə tutulub, düşmən cavab atəşi ilə susdurulub
Avqustun 2-si saat 03:27-də Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən kəndi yaxınlığında yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikası Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.
Müdafiə Nazirliyi bildirib ki, Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.
Cavab atəşi ilə qarşı tərəf  susdurulub.
Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.
Həmçinin oxuyun:
Ermənistan Naxçıvandakı mövqelərimizi atəşə tutub, hərbçimiz yaralanıb - MN
* MN: Azərbaycan Ordusunun atəşkəsi pozması barədə məlumat yalandır
* MN: Azərbaycana məxsus 2 ədəd PUA-nın vurulması ilə bağlı yayılan məlumat yalandır
 
Xəbər lenti
0