https://sputnik.az/20210801/Turkiyedeki-107-yangindan-98-i-nezaret-altina-alinib-427597096.html
Türkiyədə söndürüləcək meşə yanğınlarının sayı 5-ə enib
Türkiyədə söndürüləcək meşə yanğınlarının sayı 5-ə enib
Sputnik Azərbaycan
Türkiyədə baş vermiş meşə yanğınlarının söndürülməsi prosesində qardaş ölkəyə dəstək məqsədilə göndərilənlər arasında Fövqəladə Hallar Nazirliyinin... 01.08.2021, Sputnik Azərbaycan
2021-08-01T13:59+0400
2021-08-01T13:59+0400
2021-11-16T20:28+0400
xəbərlər
hadisə
cəmiyyət
dünya
https://cdnn1.img.sputnik.az/img/07e5/07/1d/427572863_0:310:3072:2048_1920x0_80_0_0_843edc23db506341a5f3f1b6f8d18adf.jpg
BAKI, 1 avqust - Sputnik. Son günlər Türkiyədə 100-dən çox meşə yanğını söndürülüb. Bu barədə ölkənin kənd və meşə təsərrüfatı naziri Bekir Pakdemirli özünün Twitter hesabında yazıb. O, qeyd edib ki, hələlik Antalya və Muğlada 5 yanğına nəzarəti ələ almaq mümkün olmayıb."İyulun 28-dən avqustun 1-dək 107 meşə yanğını nəzarət altına alınıb. Antalyada (Manavqat, Gündoğmuş) və Muğlada (Marmaris, Göycegiz və ilas) beş meşə yanğını davam edir”, - nazir bildirib. 08.45Türkiyədəki 107 yanğından 98-i nəzarət altına alınıb“Son üç-dörd gün ərzində çoxlu yanğın qeydə alınıb. Bu zaman qeydə alınan 107 yanğından 98-i nəzarət altına alınıb. Doqquz yanğın davam edir”.“Report” xəbər verir ki, bunu Türkiyənin kənd təsərrüfatı və meşə naziri Bekir Pakdemirli bildirib.Onun sözlərinə görə, təkcə Marmarısdakı yanğınların söndürülməsi üçün 3 təyyarə, 9 helikopter, 20 su tankeri və 529 şəxsi heyət cəlb edilib:“Silifkedəki yanğın azalır, Adana şəhərindəki bütün yanğınlar nəzarətdədir. Orada baş verən üç yanğının hamısı təhlükəli idi. Bodrum və Milasdakı briqadaları hava qüvvələri ilə gücləndirərək bütün yanğınlardan müsbət nəticələr əldə etmək üçün səy göstərəcəyik”.Türkiyədə meşə yanğınları və yardımlarQeyd edək ki, son 5 gündə Türkiyədə 107 yerdə meşə yanğını qeydə alınıb. Yanğın nəticəsində 6 nəfər dünyaını dəyişib.Türkiyəyə yardım məqsədi ilə dünyanın bir çox ölkələrindən, o cümlədən Azərbaycandan texnika və canlı qüvvə göndərilib.Türkiyədə baş vermiş meşə yanğınlarının söndürülməsi prosesində qardaş ölkəyə dəstək məqsədilə göndərilənlər arasında Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə qüvvələri də var.Meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə qardaş Türkiyə Respublikasında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə qüvvələri yanğınların söndürülməsi əməliyyatlarını fədakarlıqla davam etdirirlər.Yanğınsöndürənlər 2 qrupa ayrılaraq hazırda Marmaris bölgəsində yanğınların söndürülməsini həyata keçirirlər.Həmçinin oxuyun:Azərbaycan yanğınsöndürənləri qardaş ölkənin harayına getdilərTürkiyə alovlar içində: Yanğınlar lokallaşdırılsa da, mübarizə davam edirAntalya alov içində - dəhşət saçan fotolar
dünya
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/07/1d/427572863_0:118:3072:2048_1920x0_80_0_0_3cd87aba1116b39d3b5e54bc229e9bb9.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, dünya
Türkiyədə söndürüləcək meşə yanğınlarının sayı 5-ə enib
13:59 01.08.2021 (Yenilənib: 20:28 16.11.2021) Türkiyədə baş vermiş meşə yanğınlarının söndürülməsi prosesində qardaş ölkəyə dəstək məqsədilə göndərilənlər arasında Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə qüvvələri də var.
BAKI, 1 avqust - Sputnik. Son günlər Türkiyədə 100-dən çox meşə yanğını söndürülüb. Bu barədə ölkənin kənd və meşə təsərrüfatı naziri Bekir Pakdemirli özünün Twitter hesabında yazıb.
O, qeyd edib ki, hələlik Antalya və Muğlada 5 yanğına nəzarəti ələ almaq mümkün olmayıb.
"İyulun 28-dən avqustun 1-dək 107 meşə yanğını nəzarət altına alınıb. Antalyada (Manavqat, Gündoğmuş) və Muğlada (Marmaris, Göycegiz və ilas) beş meşə yanğını davam edir”, - nazir bildirib.
Türkiyədəki 107 yanğından 98-i nəzarət altına alınıb
“Son üç-dörd gün ərzində çoxlu yanğın qeydə alınıb. Bu zaman qeydə alınan 107 yanğından 98-i nəzarət altına alınıb. Doqquz yanğın davam edir”.
“Report” xəbər verir ki, bunu Türkiyənin kənd təsərrüfatı və meşə naziri Bekir Pakdemirli bildirib.
Onun sözlərinə görə, təkcə Marmarısdakı yanğınların söndürülməsi üçün 3 təyyarə, 9 helikopter, 20 su tankeri və 529 şəxsi heyət cəlb edilib:
“Silifkedəki yanğın azalır, Adana şəhərindəki bütün yanğınlar nəzarətdədir. Orada baş verən üç yanğının hamısı təhlükəli idi. Bodrum və Milasdakı briqadaları hava qüvvələri ilə gücləndirərək bütün yanğınlardan müsbət nəticələr əldə etmək üçün səy göstərəcəyik”.
Türkiyədə meşə yanğınları və yardımlar
Qeyd edək ki, son 5 gündə Türkiyədə 107 yerdə meşə yanğını qeydə alınıb. Yanğın nəticəsində 6 nəfər dünyaını dəyişib.
Türkiyəyə yardım məqsədi ilə dünyanın bir çox ölkələrindən, o cümlədən Azərbaycandan texnika və canlı qüvvə göndərilib.
Türkiyədə baş vermiş meşə yanğınlarının söndürülməsi prosesində qardaş ölkəyə dəstək məqsədilə göndərilənlər arasında Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə qüvvələri də var.
Meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə qardaş Türkiyə Respublikasında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə qüvvələri yanğınların söndürülməsi əməliyyatlarını fədakarlıqla davam etdirirlər.
Yanğınsöndürənlər 2 qrupa ayrılaraq hazırda Marmaris bölgəsində yanğınların söndürülməsini həyata keçirirlər.
Türkiyə alovlar içində: Yanğınlar lokallaşdırılsa da, mübarizə davam edir