YUNİSEF nümayəndəsindən Qarabağla bağlı etiraf

© ©Photo: MFA AzerbaijanUNİSEF-in Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Edvard Karvardin Azərbaycan Xarici işlər naziri Ceyhun Bayramovla
UNİSEF-in Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Edvard Karvardin Azərbaycan Xarici işlər naziri Ceyhun Bayramovla - Sputnik Azərbaycan, 1920, 28.07.2021
Abunə olmaq
Edvard Karvardin Azərbaycanı ən xoş arzularla tərk etdiyini bildirib və ölkəmiz ilə bağlı xoş təəssüratlarının daima xatirində qalacağını qeyd edib.

BAKI, 28 iyul — Sputnik. YUNİSEF-in Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Edvard Karvardin işğaldan azad olunmuş ərazilərə səfər edərkən orada dağıntıların miqyasının şahidi olduğunu deyib. O, münaqişə nəticəsində ailələrə və uşaqlara dəyən ziyandan məyusluğunu ifadə edib.

Sputnik Azərbaycan-a XİN-dən daxil olan məlumatda bildirilir ki, Karvardin bunu Azərbaycan Xarici işlər naziri Ceyhun Bayramovla görüşündə deyib.

© ©Photo: MFA AzerbaijanUNİSEF-in Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Edvard Karvardin
YUNİSEF nümayəndəsindən Qarabağla bağlı etiraf - Sputnik Azərbaycan, 1920, 28.07.2021
UNİSEF-in Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Edvard Karvardin

Ceyhun Bayramov ölkəmizdə diplomatik fəaliyyət müddəti başa çatan Karvardinin işini yüksək dəyərləndirərək, YUNİSEF ilə münasibətlərin inkişaf etdirilməsinə verdiyi töhfəyə görə təşəkkürünü bildirib və gələcək fəaliyyətində ona uğurlar arzu edib.

Edvard Karvardin Azərbaycan və YUNİSEF arasında bir çox sahələrdə əlaqələrin cari vəziyyəti və inkişaf perspektivlərinə toxunub, ölkəmizdə həyata keçirilən layihələrdən danışıb, o cümlədən təhsil sahəsində uğurlu əməkdaşlığın həyata keçirilməsindən bəhs edib.

© ©Photo: MFA AzerbaijanAzərbaycan Xarici işlər naziri Ceyhun Bayramov
YUNİSEF nümayəndəsindən Qarabağla bağlı etiraf - Sputnik Azərbaycan, 1920, 28.07.2021
Azərbaycan Xarici işlər naziri Ceyhun Bayramov

Nazir Ceyhun Bayramov qarşı tərəfə Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti nəticələrindən, o cümlədən dinc azərbaycanlı sakinlərin, evlərin, məktəblərin və digər mülki obyektlərin məqsədli şəkildə hədəfə alınmasından danışıb. O, işğaldan azad olunmuş ərazilərdəki dağıntıların miqyası, mədəni və dini abidələrə dəymiş ziyan, mina təhlükəsi, sərhəd məntəqəsində gərginliyin səbəbləri, azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və yenidən quruculuq işləri barədə ətraflı məlumat verib. Nazir Ermənistanın mina xəritələrin təqdim etməsinin ərazilərin minalardan təmizlənməsini sürətləndirməklə yanaşı, bərpa və yenidənqurma işlərinin tez bir zamanda həyata keçirilməsinə də müsbət təsir göstərəcəyini bildirib. Bunun öz növbəsində, məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı prosesinə və infrastruktur layihələrinin reallaşmasına təkan verəcəyini bildirdi.

© ©Photo: MFA AzerbaijanUNİSEF-in Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Edvard Karvardin Azərbaycan Xarici işlər naziri Ceyhun Bayramovla
YUNİSEF nümayəndəsindən Qarabağla bağlı etiraf - Sputnik Azərbaycan, 1920, 28.07.2021
UNİSEF-in Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Edvard Karvardin Azərbaycan Xarici işlər naziri Ceyhun Bayramovla

E.Karvardin işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən yenidənqurma və bərpa işlərinin şahidi olduğunu və bu xüsusda, ailələrin öz doğma yurdlarına tezliklə geri dönəcəyinə ümidvar olduğunu bildirib.

O, Azərbaycanı ən xoş arzularla tərk etdiyini bildirib və ölkəmiz ilə bağlı xoş təəssüratlarının daima xatirində qalacağını qeyd edib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Eləcə də oxuyun:

Xəbər lenti
0