Bakıda valideynlər 5 yaşlı uşağa dəhşətli işgəncə verib - İş prokurorluğun nəzarətindədir

CC0 / Pixabay / boyИспуганный мальчик, фото из архива
Испуганный мальчик, фото из архива - Sputnik Azərbaycan, 1920, 17.07.2021
Abunə olmaq
Zorakılığa məruz qalan uşağın bədənində siqaret izləri, gematomalar var. Dili isə qopardılıb.Zorakılığa məruz qalan uşağın bədənində siqaret izləri, gematomalar var. Dili isə qopardılıb.

BAKI, 17 iyul — Sputnik. Azərbaycanda tükürpədici hadisə baş verib. Belə ki, 5 yaşlı uşaq narkotik aludəçisi olan anası və anasının sevgilisi tərəfindən dəhşətli işgəncələrə məruz qalıb. 

Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkədə məlumat yayıb. 

O qeyd edib ki, bir neçə gün öncə 5 yaşlı uşaq anası tərəfindən nənəsinin əvvəllər işlədiyi kafeyə tərk edilib. İşçilər nənəyə zəng vurub uşağın ölməkdə olduğunu bildiriblər. Sonradan uşaq xəstəxanaya - Travmatologiya şöbəsinə yerləşdirilib. Azyaşlının hazırkı vəziyyəti orta-ağır qiymətləndirilir. Artıq təhqiqat aparılır. 

Azyaşlının nənəsi ilə görüşdüyünü vurğulayan Kəmalə Ağazadə deyib: "Nənə qızı Səadət və onun sevgilisi Kamran adlı şəxsin uşağa qarşı belə rəftar etdiyini iddia edir. Nənənin dediyinə görə bir dəfə də bu uşağa qarşı zorakılıq olub, Kamran üzr istəyib və şikayət geri götürülüb. Uşağın bədənində siqaret izləri, hematomalar var. Dili isə qopardılıb. Uşaq özü isə deyib: "Məni Kamran döydü, dilimi də o dişlədi...Anam da ordaydı...". Mənim təhqiqatın işinə müdaxilə etmək fikrim qətiyyən yoxdur, amma Səadət və Kamran haradadır sualına cavab axtarıram".

K.Ağazadə bildirir ki, zorakılığa məruz qalan azyaşlının nənəsinin iddiasına görə, adıçəkilən hər iki şəxs narkotik aludəçisidir.

Prokurorluq işi nəzarətə götürüb

Paytaxtın Xəzər rayonunda beş yaşlı uşağın anası və tanışı tərəfindən zorakılıq hərəkətlərinə məruz qalması və hazırda stasionar müalicə alması faktı Baş Prokurorluğun rəhbərliyi tərəfindən nəzarətə götürülüb.

Baş Prokurorluğun mətbuat xidmətindən Sputnik Azərbaycan-a bildirilib ki, qeyd edilən məsələ ilə bağlı Cinayət təqibindən kənar icraatlar idarəsində müvafiq səlahiyyətli qurumlarla əlaqəli şəkildə araşdırma aparılır. Nəticəsi barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.

Uşaqlara qarşı zorakılıq faktları

Qeyd edək ki, ötən ay da buna bənzər hadisə baş verib. Belə ki, Vəliyev Rauf İsgəndər oğlu doğma qızı - 9 yaşlı qızı Məlikzadə Milanaya qarşı zorakılıq törədib.

Bundan öncə də məişət zorakılığının qurbanı olan uşaqlarla bağlı müəyyən məlumatlar yaymışdıq.

Bərdə rayon prokurorluğunda araşdırma aparılmaqla müəyyən edilib ki, Bərdə şəhər sakini Raya Həsənova tanışı Mahmud Mehraliyev ilə birlikdə 2013-cü il təvəllüdlü oğlunu mütamadi olaraq döyüb və 21.05.2021-ci il tarixdə qızdırılmış qaşıqla qollarına xəsarət yetirib.

Faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 133.2.3 (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən əzab vermə) və 133.2.4-cü (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı əzab vermə) maddələri ilə cinayət işi başlanaraq istintaqın aparılması rayon polis şöbəsinin İstintaq şöbəsinə tapşırılıb.

Xəbər lenti
0