17:34 20 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0259
  • RUB0.0235
CƏMİYYƏT
Qısa URL
69

"Qadın bizə qapını açmırdı. Uzun müddət davam edən "müharibə"dən sonra qadın qapını açdı. Uşaqların durumunu görmək həqiqətən də bir faciə idi".

Sputnik, Nigar İsgəndərova

BAKI, 18 may — Sputnik. Xırdalan şəhərində baxımsız qalan, səfil vəziyyətə düşən və anaları tərəfindən baxılmayan 4 körpə artıq uşaq sığınacağına yerləşdirilib.

Bu barədə Sputnik Azərbaycan-a“Azərbaycan Uşaqlar Birliyi”nin sədri Kəmalə Ağazadə məlumat verib.

Ağazadənin sözlərinə görə, artıq ana və körpələrlə bağlı müəyyən addımlar atılıb:

"Abşeron Rayon İcra Hakimiyyətinin səlahiyyətli nümayəndəsi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın üzvi, ərazi üzrə sahə müvəkkilinin iştirakı ilə birgə həmin baxımsız, səfil vəziyyətdə olan 4 uşağı “Azərbaycan Uşaqlar Birliyi”nin sığınacağına aparırıq. Ana narkotik istifadəçisidir. Zərərli vərdişlərinin araşdırılması üçün o, müvafiq tibb müəssisəsinə yönləndiriləcək və həmin müddətdə uşaqlar sığınacağımızda qalacaqlar".

AUB-un rəhbəri qeyd edib ki, uşaqların dövlət müəssisəsinə yerləşdirilməsi ilə bağlı sərəncamı Abşeron Rayon İcra Hakimiyyəti verəcək.

Ağazadə narkotik istifadəçisi olan ananın gizlənməyə çalışdığını bildirib:

"Qadın bizə qapını açmırdı. Uzun müddət davam edən "müharibə"dən sonra qadın qapını açdı. Uşaqların durumunu görmək həqiqətən də bir faciə idi".

K.Ağazadə Abşeron rayon İcra Hakimiyyətinin məsələdən xəbərsiz olmasına da təəssüflənib:

"Bir tərəfdən onları da qınamıram, çünki ölkədaxili miqrasiya var. Qonşuları isə daha çox qınadım ki, uşaqları bu durumda görüb niyə məlumat verməyiblər. Hamısı da deyir ki, "qorxuruq, nəyimizə lazımdır".

Xatırladaq ki, ötən gün axşam saatlarında "Azərbaycan Uşaqlar Birliyi"nin sədri Kəmalə Ağazadə küçədə böyüyən 4 azyaşlı ilə bağlı paylaşım edib. O, paylaşımında Xırdalandakı həmin ərazini "BOMBEY" məhəlləsi adlandıraraq burada 4 körpənin gecə-gündüz tək yaşadığını vurğulamışdı. Birlik sədrinin ötən günkü paylaşımında Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülmməmədova ilə bağlı fikirləri də diqqət çəkmişdi:

"Abşeron Rayon İcra Hakimiyyəti başçısı İradə Gülməmmədovanı sabah dəvət edirəm bu məkana. Gəlsin, onu həm hər şeyin yuvası olan "BOMBEY"lə tanış edim, həm də bu körpələrlə... Amma əliboş dönməyəcəyəm!!! Ya mən o uşaqları ordan çıxardacağam, ya da başçını kreslosundan çıxardacaqlar!!!".

Xatırladaq ki, artıq sığınacağa yerləşdirilən körpələrdən ən böyüyünün 6, ən kiçiyinin isə 1 yaşı var.

Əsas mövzular