Sabah "Bakı bəyannaməsi" imzalanacaq

© Photo : Milli MejlisSahibə Qafarova Mustafa Şentopu qəbul edib
Sahibə Qafarova Mustafa Şentopu qəbul edib - Sputnik Azərbaycan, 1920, 26.07.2021
Abunə olmaq
Azərbaycan, Türkiyə və Pakistan parlamentlərinin sədrləri Sahibə Qafarova, Mustafa Şentop və Əsəd Qayserinin Birinci Üçtərəfli toplantısı olacaq.

BAKI, 26 iyul - Sputnik. Sabah Bakıda Azərbaycan, Türkiyə və Pakistan parlamentlərinin sədrləri Sahibə Qafarova, Mustafa Şentop və Əsəd Qayserinin Birinci Üçtərəfli toplantısı olacaq.

Sputnik Azərbaycan xəbər verir ki, toplantının yekun sənədi kimi "Bakı bəyannaməsi" imzalanacaq.

Protokala əsasən iyulun 26-da, üçtərəfli toplantıdan əvvəl spikerlər Fəxri Xiyabanda Heydər Əliyevin məzarını, Şəhidlər Xiyabanını və Türk şəhidliyini ziyarət edəcəklər.

İyulun 28-də Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşəcək.

Mustafa Şentop səfər çərçivəsində Füzuli və Şuşa şəhərlərinə səfər edəcək.

Qeyd edək ki, bu, üç ölkənin parlament sədrlərinin üçlü formatda keçirilən ilk görüşü olacaq.

Həmçinin oxuyun:

* TBMM-in spikeri: Ermənistanın qarşısındakı 90-cı illərin Azərbaycanı deyil

* Parlamentlər və beynəlxalq təşkilatlar Azərbaycana dəstək oldular

* TBMM sədri: "Ermənistan regionda sülh baxımından islaholunmaz terror dövlətidir"

Xəbər lenti
0