BAKI, 1 oktyabr — Sputnik. "Artıq Ermənistanın qarşısında 90-cı illərin Azərbaycanı yoxdur. Azərbaycan hazırda həm hərbi, həm də iqtisadi baxımdan qüdrətli bir ölkədir".
Sputnik Azərbaycan xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop NTV telekanalına müsahibəsi zamanı deyib.
O, Dağlıq Qarabağı işğaldan azad etmək üçün Azərbaycanın xüsusi bir dəstəyə ehtiyacı olmadığını qeyd edib:
"Azərbaycanın Dağlıq Qarabağdakı əməliyyatlarda Türkiyə də daxil olmaqla başqa bir ölkənin dəstəyinə ehtiyacı yoxdur. Varsa, bu ayrı məsələdir, amma yoxdur. Azərbaycan yardıma ehtiyacı olmadan bunu edə biləcək güc və qüdrətə malikdir".
Ermənistanın spekulyasiyalarla məşğul olduğunu qeyd edən Şəntop "yalan deyir, iftira atır, bunların yalan və iftira olduğu da qəti bir şəkildə ortaya çıxır" deyib.
Şəntop, Türkiyə ilə Azərbaycan arasındakı əlaqələrin çok özəl olduğunu, belə bir vəziyyətin dünyada başqa heç bir iki dövlət arasında olmadığını söyləyib.