BAKI, 23 iyul - Sputnik. Prezident İlham Əliyev "Ayaz Binnət oğlu Həsənovun Azərbaycan Ordusunun Baş Qərargah rəisinin müavini – Əməliyyat Baş İdarəsinin rəisi vəzifəsindən azad edilməsi haqqında" sərəncam imzalayıb.
Sputnik Azərbaycan Prezidentin saytına istinadla xəbər verir ki, həmin sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 12-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. General-leytenant Ayaz Binyat oğlu Həsənov Azərbaycan Ordusunun Baş Qərargah rəisinin müavini – Əməliyyat Baş İdarəsinin rəisi vəzifəsindən azad edilsin.
2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir."
Qeyd edək ki, bu gün Prezident İlham Əliyevin sərəncamı ilə General-leytenant Vəliyev Kərim Tofiq oğlu Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi təyin edilib.