02:24 17 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0077
  • RUB0.0235
XƏBƏRLƏR
Qısa URL
505610

İlham Əliyev General-leytenant Kərim Vəliyevi Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi təyin edib.

BAKI, 23 iyul — Sputnik. General-leytenant Vəliyev Kərim Tofiq oğlu Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi təyin edilib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb.

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 12-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. General-leytenant Vəliyev Kərim Tofiq oğlu Azərbaycan Respublikası müdafiə nazirinin müavini – Şəxsi Heyət Baş İdarəsinin rəisi vəzifəsindən azad edilərək, Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi təyin edilsin.

2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir", - deyə məlumatda bildirilir.

Qeyd edək ki, daha əvvəl Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi Nəcməddin Sadıkov idi.

O, 2 noyabr 1993-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini — Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahının rəisi vəzifəsinə təyin edilmişdi.

Onun 2021-ci ildə Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmri ilə vəzifəsindən azad olunaraq ehtiyata buraxıldığı açıqlanıb.

Həmçinin oxuyun:

* Azərbaycanın yeni Baş Qərargah rəisi kimdir? – DOSYE

* Nazir müavini: "Orduda kadr islahatları ilə bağlı yeni layihələr hazırlanır"

General Kərəm Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Moskvaya gedir

Azərbaycan Ordusunun hərbi qulluqçuları komando kurslarına yola salınıb

Əsas mövzular