BAKI, 23 iyul — Sputnik. General-leytenant Vəliyev Kərim Tofiq oğlu Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi təyin edilib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb.
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 12-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. General-leytenant Vəliyev Kərim Tofiq oğlu Azərbaycan Respublikası müdafiə nazirinin müavini – Şəxsi Heyət Baş İdarəsinin rəisi vəzifəsindən azad edilərək, Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi təyin edilsin.
2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir", - deyə məlumatda bildirilir.
Qeyd edək ki, daha əvvəl Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi Nəcməddin Sadıkov idi.
O, 2 noyabr 1993-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini — Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahının rəisi vəzifəsinə təyin edilmişdi.
Onun 2021-ci ildə Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmri ilə vəzifəsindən azad olunaraq ehtiyata buraxıldığı açıqlanıb.
Həmçinin oxuyun:
* Azərbaycanın yeni Baş Qərargah rəisi kimdir? – DOSYE
* Nazir müavini: "Orduda kadr islahatları ilə bağlı yeni layihələr hazırlanır"
* General Kərəm Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Moskvaya gedir
* Azərbaycan Ordusunun hərbi qulluqçuları komando kurslarına yola salınıb