Lavrov bəyan edib ki, Qərb Rusiyanın ətrafında qeyri-stabillik kəməri yaratmağa çalışır

© Photo : Ministry of Foreign Affairs of the Russian Federation / Mediabanka keçidВизит главы МИД РФ С. Лаврова в Азербайджан. День второй
Визит главы МИД РФ С. Лаврова в Азербайджан. День второй - Sputnik Azərbaycan, 1920, 23.07.2021
Abunə olmaq
Xarici işlər naziri bildirib ki, ABŞ və Aİ ölkələri Rusiyanın sərhədləri boyunca, eləcə də, Orta Asiya və Cənubi Qafqazda öz mövcudluğunu, o cümlədən, hərbi mövcudluğunu genişləndirməyə çalışır.

BAKI, 23 iyul — Sputnik. Qərb, Rusiya ətrafındakı vəziyyəti sarsıtmaq istəyir və bunu feyklər vasitəsilə də həyata keçirməyə cəhd göstərir. Sputnik Azərbaycan RİA Novostiyə istinadla xəbər verir ki, bu bəyanatla Rusiyanın xarici işlər naziri Sergey Lavrov çıxış edib.

"Yaxın qonşularımızı, bizə qardaş xalqları "ya Qərb, ya Rusiya Federasiyası" şəklində seçim etməyə məcbur qoyaraq ətrafımızda qeyri-stabillik kəməri yaratmağa çalışırlar", – deyə o, Vahid Rusiya partiyasının "Dövlət Dumasına seçki kampaniyasının keçdiyi xarici siyasi şərait" mövzusundakı vebinarda bildirib.

Diplomat Rusiya və ətrafındakı əraziləri hərbi və iqtisadi cəhətdən mənimsəməyə çalışdıqlarını da əlavə edib.

"Onlar bizi həm sanitar kordonla əhatə etməyə, həm də Qərbin bu ölkələrin inkişafına həlledici təsir göstərməsi şəklində fayda götürməyə çalışırlar", – deyə o, vəziyyəti izah edib.

Lavrov onu da qeyd edib ki, Qərbin tutduğu bu yol Ukraynada özünü aydın şəkildə göstərdi, son aylarda isə rəngli inqilablar metodikası ilə Belarusda da sınaqdan çıxarılmağa cəhd edilir. Onun sözlərinə görə, ABŞ və Avropa İttifaqı ölkələri seçki kampaniyası dövründə açıq təbliğatdan imtina etmədən Moldova uğrunda geosiyasi mübarizəyə də başlayıblar.

"Bizim qərbli həmkarlarımız sərhədlərimizin perimetri boyunca, eləcə də, Orta Asiya və Cənubi Qafqazda öz mövcudluğunu, o cümlədən hərbi mövcudluğunu genişləndirməyə çalışırlar", – deyə nazir sözlərinə yekun vurub.

Qeyd edək ki, Sergey Lavrov Rusiyanın müdafiə naziri Sergey Şoyqu, həkim Denis Protsenko, ümum-Rusiya Xalq Cəbhəsinin həmsədri Yelena Şmelyova, uşaq ombudsmanı Anna Kuznetsova ilə yanşı, "Vahid Rusiya" partiyasının ümumfederasiya siyahısına daxildir. Ümumilikdə federal siyahıda 395, təkmandatlı seçki dairələri üzrə siyahıda isə 219 namizədin adı var. Siyahı partiyanın iyunun 19-da Moskvada keçirilən qurultayında təsdiq olunub.

Həmçinin oxuyun:

Lavrov Tacikistana hücum olarsa, KTMT-nin atacağı addımları açıqladı

"Vahid Rusiya" Dumaya seçkilərdə namizədlər siyahısını təsdiqlədi

* Putin seçki kampaniyası, vaksinasiya və demoqrafik çuxur barədə

Lavrov ABŞ-ı Rusiya ilə güc mövqeyindən dialoq aparmaq cəhdlərindən çəkinməyə çağırıb

Rusiya XİN Avropada hərbi-siyasi vəziyyətin deqradasiyasını qeyd edib

Xəbər lenti
0