19:35 27 İyul 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0067
  • RUB0.0231
XƏBƏRLƏR
Qısa URL
11 0 0

Bayramla əlaqədar uzaq məsafələrə şəxsi avtomobillərlə hərəkət edən sürücülərdən bir daha nəqliyyat vasitəsinin texniki sazlığına əmin olduqdan sonra yola çıxmağı, istirahət rejiminə əməl etmələri və yol hərəkəti qaydalarına diqqət yetirmələri xahiş olunub.

BAKI, 15 iyul — Sputnik. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi Qurban bayramı ilə əlaqədar sürücülərə müraciət edib.

Qurumdan Sputnik Azərbaycan-a verilən məlumata görə, müraciətdə vətəndaşlardan qurbanlıq üçün nəzərdə tutualn satış və kəsim mərkəzlərində olarkən dayanma-durma tələblərini pozaraq yolun hərəkət hissəsini zəbt edərək digər vətəndaşlar üçün narahatlığa səbəb olacaq hərəkətlər etməkdən, eləcə də pandemiya şəraitində müəyyən edilmiş qaydalara da əməl etmələri tövsiyə olunub.

Eyni zamanda bayramla əlaqədar uzaq məsafələrə şəxsi avtomobillərlə hərəkət edən sürücülərdən bir daha nəqliyyat vasitəsinin texniki sazlığına əmin olduqdan sonra yola çıxmağı, istirahət rejiminə əməl etmələri və yol hərəkəti qaydalarına diqqət yetirmələri xahiş olunub.

Azərbaycanda Qurban bayramı günləri

Azərbaycanda Qurban bayramı ilə əlaqədar iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2021-ci il 19 iyul iş günü ilə 17 iyul istirahət gününün yerləri dəyişdirilib.

Bununla əlaqədar Baş nazir Əli Əsədov “İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında” qərar imzalayıb.

İyulun 20 və 21-də Azərbaycanda Qurban bayramı qeyd olunacaq. Əmək Məcəlləsinə əsasən, qeyd olunan günlər qeyri-iş günləri sayılır.

Həmçinin oxuyun: 

* İctimai nəqliyyat şənbə və bayram günlərində necə işləyəcək? Rəsmi

* Qurban bayramının namazı bu günlərdə qılınacaq - QMİ

Qurbanlıq heyvanların satışı və kəsimi yerləri açıqlandı - Onlayn satış da var

TƏBİB-dən səyahət edənlərə çağırış

Əsas mövzular