İctimai nəqliyyat bazar və bayram günlərində necə işləyəcək? Rəsmi

© Sputnik / Murad OrujovАвтобус в Баку, фото из архива
Автобус в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920, 18.07.2021
Abunə olmaq
Nazirlər Kabinetinin açıqladığı qrafikə əsasən bazar və Qurban bayramı günlərində ictimai nəqliyyat necə işləyəcək?

BAKI, 18 iyul — Sputnik. 18, 19, 20, 21 iyul bayram günlərində ictimai nəqliyyat, o cümlədən metro işləməyəcək.

Bu barədə Sputnik Azərbaycan Nazirlər Kabinetinin müvafiq qərarına istinadən xəbər verir. 

Qeyd edək ki, 20-21 iyul Qurban bayramına təsadüf etdiyindən Azərbaycanda qeyri-iş günləridir. İstirahət günlərinin ardıcıllığını təmin etmək üçün Nazirlər Kabineti tərəfindən 17 iyul (şənbə) və 19 iyul (bazar ertəsi) günlərinin yeri dəyişdirilib.

Bu dəyişiklikdən əvvəl verilən xüsusi karantin rejimində ictimai nəqliyyatın fəaliyyəti ilə bağlı sonuncu qərara əsasən, 17 iyul şənbə gününə təsadüf etdiyindən, ictimai nəqliyyatın fəaliyyəti məhdudlaşdırılırdı.

Xatırladaq ki, Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” qərarına əsasən iyul ayının 3-dən sonra metronun şənbə və bazar günləri işləməsi dayandırılıb.

Nazirlər Kabinetinin qərarına uyğun olaraq, Bakı-Sumqayıt-Bakı elektrik qatarları 18, 19, 20 və 21 iyul tarixlərində hərəkətdə olmayacaq. Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC məlumat yayıb.

Qeyd edək ki, sözügedən xətt üzrə qatarlar 17 iyul tarixində tam iş günü cədvəli üzrə hərəkət edib.

Xəbər lenti
0