08:41 29 İyul 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0095
  • RUB0.0231
XƏBƏRLƏR
Qısa URL
20 0 0

Sənədin imzalanması Xəzər istiqamətində beştərəfli formatda gələcək qarşılıqlı fəaliyyətin əsasını qoyacaq.

BAKI, 7 iyul — Sputnik. Azərbaycan Baş Prokuroru Kamran Əliyev Sankt-Peterburq şəhərində "Avropa Konvensiyasının insan hüquqları üzrə tələbləri işığında fərdi hüquqların və ictimai maraqların qorunmasında prokurorluğun rolu" mövzusunda Avropa dövlətləri prokurorluq rəhbərlərinin konfransında iştirak edir.

Səfər zamanı Rusiya və Azərbaycanın hüquq mühafizə orqanları, o cümlədən prokurorluq orqanları arasında əlaqələrin inkişafı, Avropa Prokurorları Məşvərət Şurasına üzv ölkələrlə qarşılıqlı əlaqələrin müzakirəsi və digər mövzular ətrafında fikir mübadiləsi aparılır.

Sankt-Peterburqda 6-9 iyul tarixlərində "Avropa Konvensiyasının insan hüquqları üzrə tələbləri işığında fərdi hüquqların və ictimai maraqların qorunmasında prokurorluğun rolu" mövzusunda Avropa dövlətləri prokurorluq rəhbərlərinin konfransı keçirilir. Burada Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan və Türkmənistan baş prokurorları da iştirak edirlər.

Xəzər üzrə bəyannamə

Azərbaycan, Rusiya, İran, Türkmənistan və Qazaxıstanın Baş Prokurorluğu iyulun 7-si Sankt-Peterburqda ətraf mühitin qorunması və Xəzər dənizinin təbii sərvətlərindən istifadəyə dair bəyannamə imzalayıb.

"Xəzər dənizi, hər beş dövlət üçün böyük strateji əhəmiyyətə malikdir və ölkələrimizin ərazilərini vahid ekoloji sistemə bağlayır. Ətraf mühiti qorumaq üçün birlikdə işləmək ona müsbət təsir göstərəcək. Sənədin imzalanması Xəzər istiqamətində beştərəfli formatda gələcək qarşılıqlı fəaliyyətin əsasını qoyacaq", - deyə Rusiyanın Baş Prokuroru İqor Krasnov imzalanma prosesi zamanı bildirib.

Krasnov Xəzəryanı ölkələrdən olan həmkarlarını bəyannamənin müddəalarının reallaşdırılması üçün 2022-ci ilin əvvəllərində bu mövzuda ekspertlər səviyyəsində görüş keçirməyə dəvət edib. Rusiya tərəfi bu görüşü Rusiya ərazisində təşkil etməyə hazırdır.

Rusiyanın Baş Prokuroru vurğulayıb ki, Xəzər dənizi bölgəsindəki qanun pozuntularına qarşı yaxşı koordinasiyalı birgə iş beş ölkənin vətəndaşlarına və “bütövlükdə bəşəriyyətə" xeyli fayda verəcək.

Həmçinin oxuyun:

Rusiya XİN: Xəzərin statusu ilə bağlı danışıqlarda durğunluq yoxdur

Bölünə bilinməyən Xəzər - problem necə həll olunmalıdır?

Əsas mövzular