04:54 24 Sentyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
SİYASƏT
Qısa URL
54 0 0

Müəllifin uzun müddət ərzində üzərində işlədiyi bu kitabda region ölkələrinin siyasi, iqtisadi, hərbi, ekoloji problemlərindən bəhs edilir

BAKI, 12 avqust — Sputnik. Sputnik Azərbaycan Beynəlxalq Multimedia Mətbuat Mərkəzinin rəhbəri, politoloq İlqar Vəlizadənin "Xəzərin geopolitikası" adlı kitabı işıq üzü görüb.

Müəllifin uzun müddət ərzində üzərində işlədiyi bu kitabda region ölkələrinin siyasi, iqtisadi, hərbi, ekoloji problemlərindən bəhs edilir. Kitabda dənizin siyasi-hüquqi aspektlərin tənzimlənməsinə, Xəzərin statusu ilə bağlı danışıqlara, problemli məsələlərin həlli yollarının axtarışlarına xüsusi yer ayrılıb.

"Xəzərin Geopolitikası" kitabları
"2018-ci ildə avqustun 12-də Aktau şəhərində Xəzərin hüquqi statusu haqqında Konvensiyanın qəbul olunmasına baxmayaraq, dənizin, daha doğrusu, onun cənub hissəsinin bölgüsünə dair danışıqlar hələ də davam edir. Son illər region nəinki mühüm enerji mərkəzlərindən birinə, eyni zamanda da vacib nəqliyyat qovşağına çevrilib. Bu da onun dünyada, xüsusilə də Avrasiya məkanında geosiyasi və geoiqtisadi çəkisini artırır. Kitabımda bu məsələlərə geniş yer verilib", - deyə Vəlizadə öz kitabından danışarkən bildirib.

Kitabda eyni zamanda regionun hərbi-siyasi problemlərinə də toxunulub. Xəzər hövzəsi ölkələrinin hərbi donanmaların quruculuğu və inkişafı strategiyaları, hərbi və təhlükəsizlik sahələrində əməkdaşlıq və s. kimi məsələlər təhlil olunub. Kitabın son fəslində Xəzərin ekoloji problemlərinə və onların həlli yollarına toxunulub. "Xəzər unikal ekosistemdir və bu ekosistemin qorunması dənizin sahilləri boyu yaşayan milyonlarla insanın gələcəyini təmin etmiş olur", - deyə Vəlizadə kitabının nə qədər önəmli bir mövzuya həsr olunduğunu anlatmağa çalışıb.

Kitaba ön sözü Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva və BDU-nun İqtisadi və sosial coğrafiya kafedrasının müdiri, coğrafiya elmləri doktoru, professor Çingiz İsmayılov yazıblar.

Əlaqədar

Tanınmış yazıçıdan mütaliə həvəskarlarına əvəzolunmaz hədiyyə
İtirilmiş nəslin nümayəndəsi - Ernest Heminquey

Əsas mövzular