CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Rusiya XİN: Xəzərin statusu ilə bağlı danışıqlarda durğunluq yoxdur

© Sputnik / Olga Golovko / Mediabanka keçidСеребристые чайки на Каспийском море
Серебристые чайки на Каспийском море - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiya Xarici İşlər nazirinin müavini Andrey Rudenko deyib ki, Xəzərin hüquqi statusu ilə bağlı Konvensiyanın imzalanmasından sonra danışıqlar prosesində durğunluğun hökm sürdüyü barədə fikirlər kökündən yanlışdır

BAKI, 11 fevral — Sputnik. Xəzərin hüquqi statusu ilə bağlı Konvensiyanın imzalanmasından sonra danışıqlar prosesində durğunluğun hökm sürdüyü barədə fikirlər kökündən yanlışdır. Sputnik Azərbaycan-ın məlumatına görə, bu sözləri Rusiya Xarici İşlər nazirinin müavini Andrey Rudenko "Rossiya Seqodnya" agentliyinə müsahibəsində Xəzərin hüquqi statusuna dair Konvensiyanın imzalanmasından sonra danışıqlar prosesində yaranmış vəziyyəti şərh edərkən deyib.

Professor Çingiz İsmayılov - Sputnik Azərbaycan
Xəzərdə suyun səviyyəsinin düşməsi təhlükəlidirmi – professor şərhi

Onun sözlərinə görə, ilk olaraq, sahilyanı dövlətlərin ratifikasiya prosesini başa çatdırması üçün müəyyən vaxt lazımdır. Hazırda müvafiq dövlətdaxili prosedurlar Azərbaycan, Qazaxıstan, Rusiya və Türkmənistanda həyata keçirilib.

Rudenko ümid etdiyini bildirib ki, İran tərəfi də qarşıdakı parlament seçkilərindən, Məclisin yeni tərkibi formalaşdıqdan sonra bu məsələ ilə yaxından məşğul olacaq.

"Konvensiya müxtəlif sahələrdə beştərəfli əməkdaşlığın genişlənməsi üçün əlverişli şərait yaradan baza rolunu oynayır. Ötən il iqtisadiyyat sahəsində qarşılıqlı əməkdaşlıq xeyli inkişaf edib: Türkmənistanda "Xəzər beşliyi"nin hökumət başçıları səviyyəsində ilk Xəzər İqtisadi Forumu keçirilib (Yeri gəlmişkən, gələn ili bu forumu Rusiya keçirməyi planlaşdırır). Bundan əlavə, təhlükəsizlik, nəqliyyat, turizm və elm sahələrində əməkdaşlıq haqqında doqquz beştərəfli saziş üzərində iş gedir. Ümid edirik ki, onlardan bəziləri Türkmənistanda keçiriləcək növbəti Xəzər sammitinə hazır olacaq", - deyə Rudenko bildirib.

Xəbər lenti
0