20:10 30 İyul 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0193
  • RUB0.0232
XƏBƏRLƏR
Qısa URL
242 0 0

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin 120 nəfər şəxsi heyət üzvü fəxri diplom və hədiyyələr təqdim olunub.

BAKI, 2 iyul — Sputnik. “Vətən müharibəsində ön cəbhədə olmasaq da müharibədən zərər çəkən mülki vətəndaşların, cəbhəboyu ərazilərdən təxliyə edilmiş şəxslərin 44 gün boyunca geyim, yemək, yataq dəstləri ilə təminatında bilavasitə iştirak etdik. Çox şadıq ki, bu gün əməyimiz qiymətləndirilir və bu yöndə səlahiyyətli olan qurumlar bizi yaddan çıxarmırlar".

Bu fikirləri bu gün Ağdamda Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyi tərəfindən mükafatlandırılan FHN-in Qarabağ Regional Mərkəzinin ərazi orqanları ilə iş şöbəsinin rəisi, daxili xidmət polkovnik leytenantı Bəxtiyar Əsədov Sputnik Azərbaycan-a müsahibəsində deyib. O bildirib ki, bu cür mükafatların təqdim olunması onları sevindirir və səxsi heyətdə ruh yüksəkliyi yaradır.

© Sputnik / Emin Alisahib
FHN-nin Qarabağ Regional Mərkəzinin ərazi orqanları ilə iş şöbəsinin rəisi daxili xidmət polkovnik-leytnantı Bəxtiyar Əsədov
“44 günlük Vətən müharibəsində Fövqəladə Hallar Nazirliyinin yerlərə ezam olunan şəxsi heyəti və Qarabağ regional mərkəzinin şəxsi heyəti insanların təxliyəsi, insanların sığınacaqlara yerləşdirilməsi, baş vermiş qəza xilasetmə işlərinin görülməsi, mənzillərdə yaranmış yanğın hadisələrinin qarşısını alınması üçün öz səy və bacarıqlarını əsgirəməmişdir.

Biz regional mərkəzin əməkdaşları olaraq müharibə dövründə bütün şəxsi heyətlə bərabər tam gücləndirilmiş iş rejimində işlədik. 44 günlük müharibə ərəfəsində düşmənin yaşayış məntəqələrimizi atəşə tutması nəticəsində dağıntlar altında qalan yaralı insanların təxliyə edilməsi və xəstəxanalara çatdırılması, sığınacaqlara yerləşdirilən insanların qida və su ehtiyatı ilə təmin edilməsini bizim şəxsi heyətimiz öz üzərinə götürmüşdü. Həmin ərəfədə də heç bir narazılıq olmadı. Həmçinin əhali tərəfimizdən yataq və geyim dəstləri ilə təmin olundu. Bu gün biz 44 günlük Vətən müharibəsində göstərdiyimiz xidmətlərə görə Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyi tərəfindən mükafatlandırıldıq. Biz də öz növbəmizdə bizə göstərilən bu diqqət və qayğıya görə Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinə təşəkkür edirik”.

Qeyd edək ki, Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyi tərəfindən Fövqəlada Hallar Nazirliyinin Qarabağ regional mərkəzinin 120 nəfər şəxsi heyətinə fəxri diplom və hədiyyələr təqdim edilib.

Mükafatlandırma mərasimi Ağdam rayonunda fəaliyyət göstərən Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzində olub. Tədbir iştirakçıları öncə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər. Daha sonra vətən yolunda canından keçən şəhidlər 1 dəqiqəlik sükutla yad edilib. Mərasimdə dövlət rəsmiləri, FHN-nin Qarabağ Regional Mərkəzinin rəhbərliyi, Ağdam rayon İcra Hakimiyyətinin Başçısı Vaqif Həsənov, Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin idarə heyəti və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mərasimdə çıxış edənlər 44 günlük haqq savaşında Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında fədakarlıq göstərmiş Müzəffər ordumuzun xalqımızın 30 illik Qarabağ həsrətinə son qoymalarından, qazanılmış tarixi qələbə zəfərindən qürurla danışıblar.

 

© Sputnik / Emin Alisahib
Mükafatlandırma mərasimi

Mükafatlandırma mərasimi ilə bağlı Vətən Müharibəsi Əlillərinə kömək İctimai Birliyinin icraçı direktoru Zamin Zeynal Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bu cür mənəvi dəstək ruhlu tədbiri reallaşdırmaqda əsas məqsəd Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına mənəvi dəstək olmaqla yanaşı, vətəndaş həmrəyliyi nümayiş etdirməkdir:

“Əlbəttə ki, bu gün keçirilən toplantı da, görüş də, mükafatlandırma mərasimi də məhz bu yöndə həyata keçirilən fəaliyyətin bir nümunəsidir. Vətən müharibəsi əlillərinə kömək ictimai birliyi, adından da bəlli olduğu kimi, şəhid ailələrinə, qazilərə diqqət, qayğı yönündə fəaliyyət göstərən ictimai birliklərdən biridir. Biz çalışırıq ki, hər zaman bu istiqamətdə yeni uğurlu layihələr həyata keçirək”.

Zamin Zeynal onu da əlavə edib ki, Ağdamda icrasına başlanılan layihənin bundan sonra da davam etdirilməsi nəzərdə tutulub: “Birlik tərəfindən yaxın gələcəkdə 44 günlük Vətən müharibəsində erməni qəsbkarlarından torpaqlarımızın azad edilməsi ilə bağlı gedən döyüşlərdə fəal iştirak etmiş digər dövlət və özəl qurumların əməkdaşlarına diqqət, həmrəylik yönümündə bu cür mərasimlərin keçirilməsi nəzərdə tutulub”.

  • Müharibədə fədakarlıq göstərmiş FHN əməkdaşlarının mükafatlandırma mərasimi
    © Sputnik / Emin Alisahib
  • Müharibədə fədakarlıq göstərmiş FHN əməkdaşlarının mükafatlandırma mərasimi
    © Sputnik / Emin Alisahib
  • Müharibədə fədakarlıq göstərmiş FHN əməkdaşlarının mükafatlandırma mərasimi
    © Sputnik / Emin Alisahib
  • Müharibədə fədakarlıq göstərmiş FHN əməkdaşlarının mükafatlandırma mərasimi
    © Sputnik / Emin Alisahib
  • Müharibədə fədakarlıq göstərmiş FHN əməkdaşlarının mükafatlandırma mərasimi
    © Sputnik / Emin Alisahib
1 / 5
© Sputnik / Emin Alisahib
Müharibədə fədakarlıq göstərmiş FHN əməkdaşlarının mükafatlandırma mərasimi

FHN-in Qarabağ Regional Mərkəzinin operativ məlumat şöbəsinin rəisi, mayor Elnur Məhərrəmov Sputnik Azərbaycan-a müsahibəsində bildirib ki, 44 günlük Vətən müharibəsi dövründə mərkəzin bütün əməkdaşları fəal iştirak ediblər.

“44 günlük Vətən müharibəsində Fövqəladə Hallar Nazirliyinin Qarabağ regional mərkəzinin əməkdaşları öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetiriblər. Müharibə dövründə cəbhəboyu ərazidən təxliyə edilmiş insanların isti yeməklərlə və yataq dəstləri ilə təmin olunmasında mərkəzin bütün əməkdaşları fəal iştirak ediblər”.

© Sputnik / Emin Alisahib
FHN-nin Qarabağ Regional Mərkəzinin operativ məlumat şöbəsinin rəisi mayor Elnur Məhərrəmov

Müsahibimiz qeyd edib ki, bu gün aldıqları mükafat onların aldığı ilk mükafat deyil. “44 günlük müharibədə fəal iştirak etdiyimizə görə ilk olaraq Fövqəladə Hallar Nazirliyi tərəfindən və bu gün də Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyi tərəfindən mərkəzin bütün şəxsi heyəti mükafatlandırıldı. Buna görə bütün səxsi heyət adından Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinə çox sağ ol deyirik ki, bizi yaddan çıxarmayıblar”.

İkinci Qarabağ müharibəsi

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində törətdikləri genişmiqyaslı təxribata cavab olaraq başlamış Azərbaycan Ordusunun əks-hücumu başlayıb.

Oktyabrın 9-da Cəbrayıl, oktyabrın 17-də Füzuli, oktyabrın 20-də Zəngilan, oktyabrın 25-də Qubadlı, noyabrın 8-də isə Şuşa şəhəri erməni işğalçılarından təmizlənib.

Noyabrın 9-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya lideri Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında imzalanmış üçtərəfli bəyanatın şərtlərinə əsasən, noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonları bir güllə atılmadan işğaldan azad edilib.

Həmçinin oxuyun:

Qarabağda irimiqyaslı bərpa işləri nə vaxt başlayacaq? - Rəhman Hacıyev danışır

Bərpa və quruculuq işləri Qarabağ bölgəsinin mənzərəsini kökündən dəyişəcək - Spiker

Əsas mövzular