Bərpa və quruculuq işləri Qarabağ bölgəsinin mənzərəsini kökündən dəyişəcək - Spiker

© Photo : Milli Mejlis of the Azerbaijan RepublicПредседатель Милли Меджлиса АР Сахиба Гафарова
Председатель Милли Меджлиса АР Сахиба Гафарова - Sputnik Azərbaycan, 1920, 25.06.2021
Abunə olmaq
Sahibə Qafarovanın fikrincə, xalqımız əmindir ki, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işləri həm də bütün Azərbaycanın inkişaf tarixində yeni bir dövr açacaq.

BAKI, 25 iyun — Sputnik. Bu il Azərbaycan xalqı Silahlı Qüvvələr gününü böyük sevinc və qürur hissi ilə qeyd edir. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu xalqımızın qəhrəmanlıq tarixinə yeni parlaq səhifələr yazdı. Azərbaycan torpaqlarını 30 ildən bəri işğal altında saxlamış Ermənistan silahlı qüvvələri darmadağın edildi. Əzəli və tarixi torpağımız olan Qarabağ mənfur düşmənin əsarətindən xilas olundu.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin iyunun 25-də keçirilən iclasında bildirib.

S.Qafarova deyib ki, tarixi ədalətin öz yerini tutması, dövlətimizin ərazi bütövlüyünün bərpa olunması xalqımızın özünə inamını qaytarıb və ruhunu təzələyib. Bu gün biz yurd yerlərimizə, doğma Qarabağa qayıdırıq. Bu haqqı bizə qəhrəman ordumuz, onun Ali Baş Komandanı qaytarıb. Biz şəhidlərimizin, qanlı döyüşlərdə yaralanmış əsgər və zabitlərimizin igidliyini və fədakarlığını heç zaman unutmayacağıq.

"Xalqımız əmindir ki, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işləri nəinki Qarabağ bölgəsinin mənzərəsini kökündən dəyişəcək, həm də bütün Azərbaycanın inkişaf tarixində yeni bir dövr açacaq. Azərbaycan bayrağını Şuşada, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Laçında, Kəlbəcərdə, Ağdamda, Hadrutda, Qarabağın digər şəhər və kəndlərində dalğalandıran qalib xalqımız erməni vandalları tərəfindən viran qoyulmuş yaşayış məntəqələrimizi bərpa edib qurucu xalq olduğunu bir daha dünyaya nümayiş etdirəcək", - deyə Milli Məclisin sədri vurğulayıb.

Qeyd edək ki, Azərbaycan Respublikası Silahlı Qüvvələri günü — Azərbaycan Silahlı Qüvvələrinin yaranma tarixi kimi qeyd edilən rəsmi bayramdır.

İlk dəfə Azərbaycan Prezidentinin 1992-ci il 18 sentyabr tarixli fərmanı ilə təsis edilmiş və 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan ordusunun yaradılması barədə Azərbaycan Ali Sovetinin qərarının qəbul edildiyi tarix – 9 oktyabr, Azərbaycan Respublikası Silahlı Qüvvələri günü elan edilib. Azərbaycan Respublikası Prezidentinin 22 may 1998-ci il tarixli Fərmanına əsasən həmin fərman qüvvədən düşürülüb və 26 iyun tarixi Azərbaycan Respublikası Silahlı Qüvvələri günü elan edilib.

Xəbər lenti
0