13:25 20 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0259
  • RUB0.0235
XƏBƏRLƏR
Qısa URL
1246

Xatırladaq ki, "Formula 1" Azərbaycan Qran-Prisi yarışları bu il iyunun 4-6-da paytaxt Bakıda keçirilib.

BAKI, 8 iyun — Sputnik. Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) Formula 1 yarışı ilə əlaqədar trek ətrafında müvəqqəti quraşdırılmış baryer və tikililərin aradan qaldırılması istiqamətində işləri sürətlə davam etdirir.

BŞH-dən verilən məlumata görə, piyadalar üçün quraşdırılmış yerüstü keçidin sökülməsi məqsədilə İstiqlaliyyət küçəsi ilə Azərbaycan prospektinin kəsişməsi nəqliyyatın hərəkəti üçün iyunun 9-u, gecə saat 23:00-dan iyunun 10-u, səhər saat 06:00-dək fasiləli şəkildə bağlı olacaq.

"Sürücülərdən xahiş olunur ki, sözügedən saatlarda alternativ yollardan istifadə etsinlər və həmçinin söküntü işlərinin aparıldığı yerlərdə avtomobillərini parklamasınlar", - məlumatda qeyd olunub.

Əsas mövzular