Erməni vəhşiliyinin qurbanı olan körpənin bu gün anım günüdür

© Sputnik / Ibrahim HashimovПоследствия обстрела в Агдамском районе
Последствия обстрела в Агдамском районе - Sputnik Azərbaycan, 1920, 02.06.2021
Abunə olmaq
Anası Züleyxa Şahnəzərovanın qucağında olarkən həyatını itirən 1 yaşlı Mədinə anası ilə eyni tabutda dəfn edilib.

BAKI, 2 iyun — Sputnik. Ermənistanın 16 oktyabr 2020-ci il tarixində gecə Gəncə şəhərinə raket hücumu nəticəsində dünyasını dəyişən Mədinə Şahnəzərlinin bu gün doğum günüdür. Sputnik Azərbaycan xəbər verir ki, raket hücumu nəticəsində 2019-cu il təvəllüdlü Mədinə Şahnəzərli, körpənin anası Züleyxa Şahnəzərova, atası Röyal Şahnəzərov həyatını itirib.

Ailənin digər qızı Xədicə Şahnəzərovanın isə həyatını xilas etmək mümkün olub.

Qeyd edək ki, anası Züleyxa Şahnəzərovanın qucağında olarkən həyatını itirən 1 yaşlı Mədinə anası ilə eyni tabutda dəfn edilib.

Xatırladaq ki, sentyabrın 27-də saat 06 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Nəticədə cəbhə bölgəsində genişmiqyaslı hərbi əməliyyatlar başlayıb.

Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki şəxslər həlak olublar. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib. Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görüb.

44 günlük Vətən müharibəsi dövründə ermənilər dəfələrlə Azərbaycanda mülki əhalini hədəf alaraq çoxsaylı qırğınlara səbəb olublar. Bu müddətdə Gəncə, Bərdə və Beyləqan şəhərləri bir neçə dəfə atəşə tutulub.

Qeyd edək ki, Baş Prokurorluğun 27.09.2020-ci il tarixindən 30.11.2020-ci il tarixənədək olan məlumatına əsasən, ümumilikdə erməni təcavüzü nəticəsində 98 nəfər dinc əhali həlak olub. Onlardan 5-i minaya düşərək, 93 nəfər isə raket atəşi nəticəsində həlak olub. Erməni hücumu nəticəsində yaralananların sayı isə 414 olub. Raket atəşi nəticəsində yaralanan dinc sakinlərin sayı 410, minaya düşərək yaralanan sakinlərin sayı isə 4 olub. 

Eləcə də oxuyun: 

* Gəncə terrorunda yaxınının ölüm xəbərini alan qadının fotosu "İlin media fotosu" seçilib

Ermənilərin Gəncədə törədikləri müharibə cinayətləri, insanlığa sığmayan vəhşilik - FOTO

* Gəncəyə hücum zamanı həlak olan azyaşlının arzularından biri çin olub, amma necə...

Xəbər lenti
0