CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ermənilərin Gəncədə törədikləri müharibə cinayətləri, insanlığa sığmayan vəhşilik - FOTO

© Sputnik / Rahim MammadovGəncəyə səfər
Gəncəyə səfər - Sputnik Azərbaycan, 1920, 07.04.2021
Abunə olmaq
İƏT Təmas Qrupunun nümayəndələri Gəncəyə səfər edib, dinc şəhər sakinlərinin şəhid olduqları əraziləridə olublar. Viran qalmış evlər, sahibsiz qalmış əşyalar diplomatları təəccübləndirib.

Rahim Məmmədov, Sputnik Azərbaycan

BAKI, 7 aprel — Sputnik. Paytaxt Bakıdan sonra insanların sıx məskunlaşdığı şəhərlərdən biri də Gəncədir. Buranın sakinləri mülayim, gülərüz, qonaqpərvər olmaları ilə seçilirlər. Gəncə qədim şəhərdir, Nizaminin, Cavad Xanın yurdudur. 44 günlük Vətən müharibəsində bu şəhərdən olan onlarla, yüzlərlə mərd oğullar silaha sarılıb, döyüşə yollandılar. Qazanılan qələbədə pay sahibi olanlar arasında şəhidliyə ucalanlar da oldu, qazi olub geri dönənlər də. Ordumuz zəfərə yaxınlaşdıqca düşmən ordusu geri çəkilib istifadəsi qadağan edilmiş silahlardan, raketlərdən istifadə edərək müharibə bölgəsindən xeyli uzaqlıqda yerləşən şəhərləri atəşə məruz qoyurdu. Gəncənin dinc sakinləri də ermənilərin müharibə cinayətinin qurbanına çevrildilər. Düşmən ordusu şəhərə 2020-ci ilin oktyabr ayı ərzində 5 dəfə raket zərbələri endirdi. Dinc, günahsız 27 Gəncə sakini şəhid oldu, 125 nəfər isə müxtəlif dərəcəli xəsarətlər aldı. Yaşayış binaları, ticarət obyektləri, məktəblər dağıdıldı. Ermənistan silahlı qüvvələrinin insanlığa sığmayan vəhşiliyi, müharibə cinayəti günahsız insanların qətlə yetirildiyi dağıdılmış məkanda olan hər kəsi dəhşətə gətirir.

Sputnik Azərbaycan xəbər verir ki, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair Təmas Qrupuna daxil olan ölkələrin daimi nümayəndələri Ağdam rayonunun ardından Gəncəyə səfər ediblər. Təmas Qrupuna daxil olan 9 ölkənin nümayəndələrini Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov məlumatlandırıb. Cibutinin Səudiyyə Ərəbistanındakı səfiri, İslam Əməkdaşlıq Təşkilatındakı daimi nümayəndəsi Dya-Eddine Said Bamakhrama Gəncədə gördüklərindən təəssüfləndiyini bildirib:

© Sputnik / Rahim Mammadovİslam Əməkdaşlıq Təşkilatındakı daimi nümayəndəsi Dya-Eddine Said Bamakhrama
Ermənilərin Gəncədə törədikləri müharibə cinayətləri, insanlığa sığmayan vəhşilik - FOTO - Sputnik Azərbaycan, 1920, 07.04.2021
İslam Əməkdaşlıq Təşkilatındakı daimi nümayəndəsi Dya-Eddine Said Bamakhrama

“Biz əvvəlcə Ağdam rayonunda olduq, oranın tarixi ilə tanış olduq, orada çox böyük dağıntılar və qəribə vəziyyət vardı. Müharibə həll yolu deyil, biz sülhə çağırırq. Biz Azərbaycanı dəstəkləyirik. Ora ilə müqayisədə gəlib buranı görürük, bura müharibə yeri deyil. Burada əhali yaşayırdı. Lakin buradakı mənzərə göz qabağındadır. Biz bunları pisləyirik, biz məsələnin sülh yolu ilə həllinin tərəfdarıyıq. Azərbaycan Prezidentini, hökumətini də təbrik edirik. Öz ərazisini azad elədi. Bizə çox xoş oldu ki, qardaşlarımız torpaqları azad etdilər. Burada gördüyümüz vəziyyət də xoş deyil. Biz bunu qınayırıq. Ermənistan ilə Azərbaycan arasında olan məsələnin sülh yolu ilə bitməsini hər zaman deyirik. Müharibə həll yolu deyil. İnşallah, Azərbaycan daha da gözəl başarıqlar əldə etsin. Biz də buna sevinək. İƏT nümayəndə heyəti olaraq hər zaman yanınızdayıq. İƏT tərəfindən bəyanat qəbul olunub. Biz gəlmişik ki, burada olanları görüb bir daha Azərbaycanı dəstəklədiyimizi bildirək”.

Dağılmış evlər, şəhid olan sakinlərin əşyaları, ermənilər tərəfindən atılan raketin yaratdığı çuxur diplomatların diqqətindən yayınmayıb. Qambiyanın İslam Əməkdaşlıq Təşkilatındakı nümayəndəsinin müavini Əbubəkr Cah, Gəncədə kifayət qədər böyük dağıntıların şahidi olduğunu bildirib:

© Sputnik / Rahim MammadovƏbubəkr Cah
Qambiyanın İslam Əməkdaşlıq Təşkilatındakı nümayəndəsinin müavini Əbubəkr Cah - Sputnik Azərbaycan
1/7
Qambiyanın İslam Əməkdaşlıq Təşkilatındakı nümayəndəsinin müavini Əbubəkr Cah
© Sputnik / Rahim Mammadov
Ermənilərin Gəncədə törətdikləri müharibə cinayətlərinin nəticələri - Sputnik Azərbaycan
2/7
Ermənilərin Gəncədə törətdikləri müharibə cinayətlərinin nəticələri
© Sputnik / Rahim Mammadov
Ermənilərin Gəncədə törətdikləri müharibə cinayətlərinin nəticələri - Sputnik Azərbaycan
3/7
Ermənilərin Gəncədə törətdikləri müharibə cinayətlərinin nəticələri
© Sputnik / Rahim Mammadov
Gəncədə müharibə zamanı ermənilər tərəfindən dağıdılmış evlər - Sputnik Azərbaycan
4/7
Gəncədə müharibə zamanı ermənilər tərəfindən dağıdılmış evlər
© Sputnik / Rahim Mammadov
Gəncədə müharibə zamanı ermənilər tərəfindən dağıdılmış evlər - Sputnik Azərbaycan
5/7
Gəncədə müharibə zamanı ermənilər tərəfindən dağıdılmış evlər
© Sputnik / Rahim Mammadov
Ermənilərin Gəncəyə atdıqları raket nəticəsində şəhid olanlara xatirə lövhəsi - Sputnik Azərbaycan
6/7
Ermənilərin Gəncəyə atdıqları raket nəticəsində şəhid olanlara xatirə lövhəsi
© Sputnik / Rahim Mammadov
İslam Əməkdaşlıq Təşkilatının nümayəndələrinin Gəncəyə səfəri - Sputnik Azərbaycan
7/7
İslam Əməkdaşlıq Təşkilatının nümayəndələrinin Gəncəyə səfəri
1/7
Qambiyanın İslam Əməkdaşlıq Təşkilatındakı nümayəndəsinin müavini Əbubəkr Cah
2/7
Ermənilərin Gəncədə törətdikləri müharibə cinayətlərinin nəticələri
3/7
Ermənilərin Gəncədə törətdikləri müharibə cinayətlərinin nəticələri
4/7
Gəncədə müharibə zamanı ermənilər tərəfindən dağıdılmış evlər
5/7
Gəncədə müharibə zamanı ermənilər tərəfindən dağıdılmış evlər
6/7
Ermənilərin Gəncəyə atdıqları raket nəticəsində şəhid olanlara xatirə lövhəsi
7/7
İslam Əməkdaşlıq Təşkilatının nümayəndələrinin Gəncəyə səfəri

“Bu şəhərdə gördüyüm mənzərə çox ürəkağrıdıcıdır. Kifayət qədər böyük dağıntlar var, biz onun şahidi olduq. Dua edirəm ki, belə dağıntı, faciə bir daha yaşanmasın. Biz burada genişmiqyaslı erməni vəhşiliyinin Azərbaycan xalqına, mülki əhaliyə qarşı şahidi oluruq. Bunu bütün dünya ictimaiyyəti olaraq qınayırıq. Eyni zamanda İslam Əməkdaşlıq Təşkilatının üzv dövlətləri olaraq bütün baş verən hadisələri pisləyirik. Biz həm də görürük ki, insan tələfatı olub. Burada yaşayanların heç bir günahı yoxdur. Onlara qarşı atılan addım həqiqətən çox böyük terror nümunəsidir. Bir daha dua edirik ki, Azərbaycan belə hadisələrlə, müharibə ilə üzləşməsin. Ölkə daha da çiçəklənsin, inkişaf etsin”.

Qeyd edək ki, diplomatların Gəncə şəhərinə səfəri sona çatıb.

Xəbər lenti
0