Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Beynəlxalq federasiya Azərbaycan şirkətinə iri məbləğdə borc qaytarıb

© Sputnik / Mihail Voskresenskiy / Mediabanka keçidБоксерский инвентарь, фото из архива
Боксерский инвентарь, фото из архива - Sputnik Azərbaycan, 1920, 27.05.2021
Abunə olmaq
Borcun qaytarılması həmçinin AİBA ilə Beynəlxalq Olimpiya Komitəsi arasında münasibətləri normallaşdırmağa kömək edəcək

BAKI, 27 may — Sputnik, Teymur Tuşiyev. Beynəlxalq Həvəskar Boks Federasiyası (AIBA) Azərbaycanın Benkons şirkətinə 10 milyon dollar (17 milyon manat) həcmində kredit borcunu qaytarıb. Sputnik Azərbaycan AIBA-ya istinadən xəbər verir ki, qeyd olunan məbləğ qurumun əsas borcu olub.

Məlumatda deyilir ki, şirkətin maliyyə cəhətdən qeyri-sabitliyinə səbəb olan bu borc hətta həvəskar boksun Olimpiya oyunları proqramından çıxarılmasına da səbəb ola bilərdi.

Qeyd edək ki, qeyd olunan kredit AIBA tərəfindən 2010-2017-ci illərdə həyata keçirilmiş, lakin uğursuz olmuş Ümumdünya boks seriyası (World boxing series) layihəsinin icrası çərçivəsində götürülüb.

Peşəkar boks qaydaları ilə keçirilən həmin yarışlarda Azərbaycanın "Baku Fires" komandası da iştirak edib.

Komandanın ən yüksək göstəricisi 2013-2014-cü illərdəki sayca dördüncü mövsümdə finala çıxması olub. Həmin qarşılaşmada komandamız Kubanın "Domadores" klubuna məğlub olub. Bundan əlavə, "Baku Fires" ilk iki mövsümdə də yarımfinala çıxıb.

Qeyd etmək lazımdır ki, haqqında danışılan kreditin qaytarılması AIBA prezidentliyinə Rusiyadan olan namizəd Umar Kremlyovun seçkiqabağı kampaniyasının əsas bəndi olub. Umarov yarım il ərzində həmin borcu qaytarmağa söz verirdi.

Onu da qeyd edək ki, AIBA-ya prezident seçkiləri yarım il əvvəl, ötən ilin noyabr ayında keçirilib və Kremlyovun rəqiblərindən biri Azərbaycan Boks Federasiyasının vise-prezidenti, Qaradağ rayon icra hakimiyyətinin başçısı Süleyman Mikayılov olub.

Maliyyə sabitliyinə nail olduqdan sonra AIBA hər il 2 milyon dollar həcmində maliyyə yardımı ayırmaq niyyətindədir ki, bu məbləğ də bütün milli federasiyalar arasında bölüşdürüləcək. Bundan əlavə, AIBA hər il milli federasiyalara idman avadanlığının alınması üçün 2,5 milyon dollar vəsait ayıracaq.

Federasiyanın rəhbəri Kremlyov bildirib ki, Azərbaycan şirkətinə borcun qaytarılması həmçinin Beynəlxalq Olimpiya Komitəsi (BOK) ilə münasibətləri normallaşdırmağa kömək edəcək.

Xatırladaq ki, Tokio-2020 Olimpiya oyunları çərçivəsində boks turnirinin təşkili ilə BOK-un xüsusi işçi qrupu məşğul olur.

Xəbər lenti
0