CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakı-Sumqayıt qatarında sıxlıq - VİDEO

© Azerbaijan Railways CJSCПоезд АЖД, фото из архива
Поезд АЖД, фото из архива - Sputnik Azərbaycan, 1920, 17.05.2021
Abunə olmaq
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən problemlə bağlı açıqlama veriləcəyini bildiriblər.

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 17 may — Sputnik. Sumqayıt-Bakı qatarlarının sayı azaldılıb və nəticədə sıxlıq yaranıb. Sputnik Azərbaycan-ın məlumatına görə, sərnişinlər intervalların artırılmasından narazılıq ediblər. Onlar xəttə yeni qatarların əlavə edilməsini istəyib.

Sərnişinlərin verdiyi məlumata görə, qatarda sıxlıqdan huşunu itirən də olub. Sərnişin Ceyhun Rəhimov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, səhər saatlarında biznes klassa 1 manat 40 qəpik ödəniş edərək bilet alsa da, ayaq üstündə qapının ağzında gəlib:

"Sərnişinlər qatara minə bilmirdilər. Vaqon sayı azaldıldığından, sərnişinlər ayaq üstə çətinliklə gəlməli oldular", - deyə C.Rəhimov bildirib.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən isə Sputnik Azərbaycan-a problemlə bağlı açıqlama veriləcəyini bildirdilər.

Xəbər lenti
0